İrəvan təşviş içindədir: Erməni rəsmiləri sərsəm bəyanatlar verməyə başlayıb
Turan
13:12 28.10.2019
Siyasət
932
“İşğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması ilə bağlı fəaliyyətimiz artdıqca Ermənistan rəsmiləri təşviş içində bəyanatlar verməyə başlayırlar”.
Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, Ermənistan müdafiə naziri D.Tonoyanın növbəti sərsəm bəyanatı dünya ictimaiyyətinin diqqətini bölgəyə yönəltmək və münaqişənin hərbi macəraya düşməsinin qarşısnı almaqdan ibarətdir:
“Azərbaycan Prezidentinin Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətindəki çalışmaları ciddi təsirini göstərməkdədir. Qoşulmama Hərəkatı ölkələrinin Bakı Sammitində Azərbaycanın siyasi dəstək alması erməniləri yenidən hərkətə gətirib. 3 il müddətində Azərbaycanın beynəlxalq arenada mühüm tribunaya sahib olması bizim üçün yaxşı fürsətdir. Bu imkandan maksimum yararlanmalıyıq. Ermənistan rəsmilərinin bu sayaq bəyanatları isə artıq əks həmlə xarakteri daşıyır. Prezident İlham Əliyevin “hücum taktikası” özünü doğruldub. Bu yaxınlarda Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “guya əllərində münaqişənin həlli paketi olması barədə bəyanatı” da bizi rahatlamaq məqsədi daşıyırdı. Ermənistan tərəfi münaqişənin onların “qələbəsi” ilə yekunlaşdığını iddia edir. lakin Azərbaycan diplomatiyası hüquqi cəhətdən bu işğalın rəsmiləşməsinə imkan vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə