İşçi qrupun rəhbəri:“Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilən qətnamə əsassızdır”
Yusif Nəzərli
09:02 01.12.2022
Siyasət
345
“Noyabrın 30-da Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə tamamilə əsassız, qərəzli bir sənəddir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
O hesab edir ki, bu, bir daha Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə tərəfsiz və obyektiv yanaşmadığını göstərir:
“Belə bir sənədin qəbul edilməsi ümumilikdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin, əməkdaşlıq mühitinin formalaşması cəhdlərinə maneə yaratmaq məqsədi daşıyır”.
İşçi qrupun rəhbəri vurğulayıb ki, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat da təxminən eyni məzmunlu qətnamə layihəsi qəbul etmişdi:
“Əgər Fransa, həqiqətən də, Azərbaycanla Ermənistan arasında davamlı və etibarlı sülhün bərqərar edilməsində maraqlı olsaydı, bu prosesə töhfə vermək istəsəydi, hər iki tərəfə münasibətdə bərabər məsafədə dayanmağa çalışmalıydı. Təəssüf ki, baş verən hadisələr bunun tamamilə əksini göstərir. Üçtərəfli Bəyanatın imzalanmasından sonra işğaldan azad olunmuş Azərbaycan ərazilərində 270-ə yaxın vətəndaşımız həlak olub və ya yaralanıb. Fransa parlamenti indiyə qədər bu fakta münasibət bildirməyib. Üçtərəfli Bəyanatın bir çox müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsinə heç vaxt irad bildirməyib. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir təşəbbüslə çıxış etməyib”.
Deputat qeyd edib ki, Fransa hökumətinin nümayəndəsi də Milli Assambleyada aparılan müzakirələr zamanı faktiki olaraq qətnaməni dəstəkləyib:
“Bu da onu göstərir ki, Azərbaycana qarşı qərəzli münasibəti Fransa hökumətinin də mövqeyini əks etdirir. Ona görə də düşünürəm ki, bu qətnamə Ermənistanla danışıqlar prosesində Fransanın iştirakının mümkünsüzlüyünə dair Azərbaycanın mövqeyinin əsaslı olduğunu bir daha təsdiq etdi. Fransa bu prosesə töhfə vermək niyyətində deyil. Əksinə, qəbul olunan sənədlər bu ölkənin bizim bölgəmizdə gərginliyin davam etməsində maraqlı olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq