İsrail ciddi əndişə keçirir
Turan
20:25 29.06.2021
Siyasət
658
ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılması İranla ərəb ölkələrini yaxınlaşdıracaq
"İsrail uzun zamandır İranın region üçün böyük təhlükə olduğunu vurğulayır və nüvə silahına sahib olacağı təqdirdə vəziyyətin nəzarətdən çıxacağını iddia edir"
İsrail Prezidenti Reuven Rivlin ABŞ rəhbəri Cozef Baydenlə görüşü zamanı onu İranla bağlı xəbərdar edib. Rivlin İranın Ərəbistan yarımadasındakı ölkələrə bir sıra təkliflər etdiyini söyləyib. İsrail prezidenti bildirib ki, Amerikanın Yaxın Şərqdən qoşunlarını çıxarması qərarı ərəb ölkələrini İranla sıx əlaqələr qurmağa məcbur edəcək. Məlumat üçün bildirək ki, rəsmi Vaşinqton Amerika silahlı qüvvələrinin Yaxın Şərq ərazisindən çıxarılmasına başlayıb. “Wall Street Journal” nəşrinin xəbərinə görə, Pentaqon “Patriot” raket komplekslərinin səkkiz batareyasını İraq, Küveyt, İordaniya, həmçinin Səudiyyə Ərəbistanından çıxarıb. Səudiyyə Ərəbistanından raket əleyhinə “THAAD” sistemi də çıxarılıb və reaktiv qırıcıların eskadrilyalarının sayı azaldılıb. Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Amerikaya qayıdacaq. Vurğulanıb ki, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına hesablanıb.
İsrailin narahatlığını “Şərq”ə təhlil edən politoloq Natiq Miri bildirib ki, eks-prezident Donald Tramp dönəmində Yaxın Şərqdə tamamilə fərqli siyasət ortalığa qoyulmuşdu. Ancaq yeni hökumət proseslərə başqa prizmadan yanaşır. Ekspert diqqətə çatdırıb ki, ABŞ Yaxın Şərqdə İsrail üçün təhlükəsizlik sistemi yaratmışdı:
“Amerikanın bölgədə mövcudluğunun qayəsi Yaxın Şərqdəki ərəb ölkələrinin İsraillə əməkdaşlığını təmin etmək idi. Nəticədə İsrail regionda İrana qarşı tək deyildi və ətrafına ərəb dünyasını da çəkə bilmişdi. Ancaq Bayden dönəmində fərqli siyasət yürüdülür. Yaxın Şərqdən, eyni zamanda Əfqanıstandan Amerika qoşunlarının çıxarılması ilə bağlı ard-arda açıqlamalar verilir. İsrail isə bunu öz təhlükəsizliyi üçün ciddi təhlükə sayır. İsrail uzun zamandır İranın region üçün böyük təhlükə olduğunu vurğulayır və nüvə silahına sahib olacağı təqdirdə vəziyyətin nəzarətdən çıxacağını iddia edir. Rivlin yaxşı anlayır ki, ABŞ-ın Yaxın Şərqdəki təhlükəsizlik sistemi aradan qalxarsa, ərəb ölkələri İran qarşısında zəif duruma düşəcək.
Nəticədə ya İranla mütləq mənada əməkdaşlıq formatını seçmək, ya da özləri üçün başqa təhlükəsizlik çətiri yaratmaq məcburiyyətində qalacaqlar. İsrail rəhbərliyi ərəb ölkələrinin İranla birləşməsini daha ciddi təhlükə hesab edir. Belə bir təhlükə artıq realdır. Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlar getməkdədir. Konkret anlaşmalar hələ olmasa da, iki ölkənin yaxınlaşması müşahidə olunur. Əgər danışıqlar siyasi nəticə verərsə, Yaxın Şərqin digər ərəb ölkələri də İranla əməkdaşlığa meyl edəcəklər. İsrailin əsas narahatlığına səbəb budur”.
Siyasi şərhçi vurğulayıb ki, ABŞ regionu tamamilə buraxıb getməyəcək:
“Bayden Amerikanı yenidən “hegemon dövlət” statusuna qaytaracağını deyib. Vaşinqton bununla bağlı qərarı qəti icra edərsə, regionda təhlükəsizlik sistemini həyata keçirəcək başqa güc mərkəzləri meydana çıxa bilər. Hələlik bu yöndə strateji qərar yoxdur. Bir məqamı xatırladım ki, NATO qoşunları Əfqanıstandan çıxmaq məqsədini açıqlayarkən paytaxt Kabilin və beynəlxalq hava limanının qorunmasını Türkiyəyə həvalə etmək istədi. Çünki bu cür təhlükəsizlik çətiri yaratmaq öhdəliyini ancaq Türkiyə kimi ölkələr üzərinə götürə bilər. Eynilə Yaxın Şərqdə də ABŞ-ın alternativi olmalıdır. Əks halda yaranmış boşluq İran tərəfindən doldurulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə