Kallasın Azərbaycana səfərində məqsədi bəlli deyil - RƏY
07:37 24.04.2025
Siyasət
464
"Əgər Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına öz töhfəsini vermək istəyirsə, burada Kallasın görə biləcəyi bir iş yoxdur”
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq Baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O, bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Shereg.az"a deyib ki, Kaya Kallas özündən əvvəlki Cozef Bareldən o qədər də fərqlənməyən bir siyasətçi, diplomatdır. Ekspert vurğulayıb ki, K.Kallasın Azərbaycana səfərində məqsədi də bəlli deyil:
"Əgər Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına öz töhfəsini vermək istəyirsə, burada Kallasın görə biləcəyi bir iş yoxdur. Çünki hər şey, yəni əngəl Ermənistan Konstitusiyasına dirənib. Ermənistan 2027-ci ilə qədər Konstitusiyanı dəyişdirmək, referendum keçirmək istəmir. Burada Kallasın nə rolu ola bilər? Axı onun Ermənistana təsir imkanları yoxdur. Düzdür, Avropa İttifaqı "mülki missiyası"nın Ermənistanda qalma müddəti uzadılıb. Ancaq Paşinyan deyib ki, Ermənistan sülh sazişi imzalanandan sonra missiyanın çıxarılması məsələsinə baxacaq. Kallasın Azərbaycana səfəri də ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Səfər reallaşarsa, daha çox tanışlıq xarakteri daşıyacaq. Ümumi bəyanatlar səslənəcək, sülh istəyi ifadə olunacaq və s. Avropa İttifaqı üçün Cənubi Qafqazda istifadə oluna biləcək dövlət Ermənistandır. Məhz ona görə İrəvanın maraqlarını digər paytaxtlardan üstün tuturlar. Kallasdan Azərbaycanın mənafelərinə uyğun bəyanatlar səsləndirməsini gözləmirik. Gözləntimiz odur ki, ən azından ədalətsiz olmasın, sələfi Borel kimi məsuliyyətsiz bəyanatlar verməsin. Avropa İttifaqı Ermənistana birtərəfli dəstək verməkdən, bu ölkəni silahlandırmaqdan vaz keçməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm