Liderlərin bir-birini gözlətməsi siyasi ritorikada... – Sabiq XİN başçısı izah edir
Banuçiçək Kalbalıyeva
07:32 11.03.2020
Siyasət
1125
“Dəfələrlə müxtəlif xarici ölkələrdə dövlət başçısını müşayiət etmişəm. Bəzən tərəflər bir-birlərini iki dəqiqədən çox da gözləməli olurlar”
“Türkiyə ilə Rusiyanın münasibətlərini pisləşdirmək istəyənlər çoxdur. Ermənilər də istisna deyil”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. Bu zaman Rusiya prezidenti Vladimir Putin Ərdoğanı dəhlizdə iki dəqiqə gözlədib. Bir neçə gün sonra keçirilən növbəti görüşdə isə Ərdoğan eyni “jesti” təkrarlayıb. Tərəflərin bir-birini gözlətmələri isə 2016-cı ildə Sankt-Peterburqdakı Konstantinovski Sarayında baş tutan görüşdən başlayıb.
Bu zaman V.Putin Rəcəb Tayyib Ərdoğanı ayaq üstə gözləməli olub. Maraqlıdır, iki siyasi lider bununla bir-birilərinə və dünyaya hansı mesajı , eyhamı ünvanlayırlar? Axı siyasi aləmdə hər jestin, hərəkətin bir mənası var.
Sualımızı cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov“Sherg.az”a bildirib ki, məsələni böyütməyə ehtiyac yoxdur:
“Dəfələrlə müxtəlif xarici ölkələrdə dövlət başçısını müşayiət etmişəm. Belə şeylər olur. Bəzən tərəflər bir-birlərini iki dəqiqədən çox da gözləməli olurlar”.
T.Zülfüqarovun fikrincə, mediada müxtəlif dezinformasiyalar yaymaq bəzi dövlətlərin marağındadır:
“Türkiyə ilə Rusiyanın münasibətlərini pisləşdirmək istəyənlər çoxdur. Ermənilər də istisna deyil. Ümumiyyətlə, tarix boyu ermənilər bu taktikadan istifadə edərək dövlətlərin arasını vurmağa və torpaqlar ələ keçirməyə çalışıb. Mediada, sosial şəbəkədə müxtəlif materiallar yayaraq iki dövlətin müharibə ərəfəsində olduğunu göstərmək istəyirlər. Amma belə deyil. Dediyim kimi, bu, müxtəlif maraqlı dairələrin oyunudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm