Məhkəmə-hüquq islahatları dərinləşir: Məqsəd məhkəməyə və hakimlərə inamı gücləndirməkdir
Turan
11:14 09.11.2019
Siyasət
631
Məhkəmə-hüquq islahatları çərçivəsində Milli Məclisə təqdim edilmiş ikinci qanun layihələri paketi müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
Layihələrin hazırlanması ilə əlaqədar Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb. Statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. İkinci mühüm istiqamət isə məhkəmə prosesi iştirakçılarının ekspertizanın aparılması ilə bağlı hüquqların genişləndirilməsidir.
Nəzərdə tutulan dəyişiklikləri “Şərq”ə dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, məhkəmə-hüquq islahatlarının məqsədi odur ki, cəmiyyətin məhkəməyə, hakimlərə və ədalətli qərarlara inamı, etibarı daha da güclənsin. Hüquqşünas bildirib ki, bu sahədə islahatlar məhkəmələrin nüfuzunu daha da artıracaq:
“Cənab Prezidentin 3 aprel 2019-cu il Fərmanında məhkəmə-hüquq sistemində həyata keçirilməsi planlaşdırılan mühüm məqamlar öz əksini tapıb. İndi də qanun layihələrinin ikinci paketi müzakirə üçün Milli Məclisə təqdim olunub. Əlbəttə, dövlət başçısının Sərəncamından sonra məhkəmə sahəsində çox mühüm addımlar atılıb. Bir sıra tapşırıqlar uğurla icra olunub. Məsələn, Məhkəmə Hüquq Şurası qaynar xətt yaradıb ki, bunun vasitəsi ilə hakimlər qərarlarına təsir göstərən amillərlə bağlı dərhal məlumat vermək imkanı qazanıblar. Eyni zamanda hakimlərin və məhkəmə aparatı işçilərinin əməkhaqları artırılıb. Elektron məhkəmə sisteminin ölkəni əhatə etməsi istiqamətində ciddi işlər görülüb. Hakim korpusunun yetişdirilməsi sahəsində mühüm addımlar atılıb. İlk mərhələdə ixtisaslaşmış məhkəmələrin tipləri müəyyənləşdirilib. İnzibati və kommersiya məhkəmələri formalaşdırılıb. Kommersiya məhkəmələri yanvarın 1-dən fəaliyyətə başlayacaq”.
Ə.Nuriyevin sözlərinə görə, mühüm məqamlardan biri də vahid məhkəmə praktikasının yaradılması ilə bağlıdır:
“Azərbaycanda bir sıra hallarda oxşar işlərlə bağlı fərqli qərarlar verilir. Bu isə məhkəmə-hüquq sistemində qeyri-müəyyənliyin meydana çıxmasına gətirib çıxarır. Yeni dəyişiklik bu problemi də ortadan qaldıracaq. Ali Məhkəmə tərəfindən aparılan monitorinqlər bu sahədə mövcud olan uyğunsuzluqları, neqativ halları aradan qaldıracaq. Monitorinqin nəticələrinə uyğun olaraq Məhkəmə Hüquq Şurası müvafiq qərarlar verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə