Millət vəkili: "Qoşulmama Hərəkatının Bakıdakı Zirvə Görüşü tarixi hadisədir"
Ayyət Əhməd
10:07 29.10.2019
Siyasət
498
“Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisədir. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər".
Bu sözləri Sherg.az-a xanım deputat Sevinc Fətəliyeva deyib.
Millət vəkili xatırladıb ki, ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı:
"Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb".
Fətəliyeva qeyd edib ki, Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək:
"Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir. Zirvə görüşündə Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə də dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Mötəbər tədbirdə digər ölkələrin də dövlət və hökumət başçıları dünyanı düşündürən, narahat edən poblemlərdən danışdılar, bundan çıxış yolları haqqında fikirlərini bildirdilər. Xüsusilə, Azərbaycana bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edildi. Hesab edirəm ki, Zirvə Görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar dünyada sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfəsini verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə