
NATO Cənubi Qafqazda möhkəmlənməyə can atır - AÇIQLAMA
07:53 05.10.2024
Siyasət
439
Baş verənlər bölgə uğrunda Qərb-Rusiya qarşıdurmasının gərginləşdiyini göstərir
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib ki, NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır. Onun sözlərinə görə, Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək: "Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır". Rusiya FTX direktoru əlavə edib ki, ABŞ və müttəfiqləri döyüş zonasını Belarus və Moldovaya qədər genişləndirmək istəyir: "NATO Kiyevin uğursuzluqları fonunda onu təxribat və terror müharibəsini gücləndirməyə sövq edir". Onun sözlərinə görə, Vaşinqton və Londondan olan kuratorlar hələ də Ukraynaya sülh bağlamağı qadağan edir. Bortnikov Belarus sərhədləri yaxınlığında baş verən təxribatların Baltikyanı ölkələri və Polşanı münaqişəyə cəlb etmək cəhdindən xəbər verdiyini söyləyib. O, ABŞ və müttəfiqlərinin döyüş zonasını Belarus və Moldovaya qədər genişləndirməyə çalışdığını qeyd edib. Bildirib ki, NATO ölkələrinin hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə boyu əməliyyatlarının planlaşdırılması və hazırlanmasında iştirak edirlər. FTX rəhbəri Qərbin Rusiyaya qarşı kiber əməliyyatları gücləndirdiyini də əlavə edib. AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano FTX-nin rəhbəri Aleksandr Bortnikovun çıxışını şərh edib. Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərinin şərhləri cəfəngiyyatdır: “Bu şərhlər Ermənistana verdiyi vəd və öhdəliklərin yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas tamamilə cəfəngiyyat, yalan və manipulyasiyadır”.
Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, Bortnikovun sözlərində həqiqət var. Ekspert vurğulayıb ki, Cənubi Qafqaz elə bir bölgədir ki, uzun illər boyunca böyük dövlətlərin, imperatorluqların savaş poliqonuna çevrilib:

"Bölgə, ələlxüsus Rusiya, İran və Türkiyə arasında mübarizə meydanına çevrilib. İndi bu üç ölkə əsl təhdidin və təhlükənin Qərbdən gəldiyinin fərqindədir. Ona görə də birgə mübarizə aparmağa üstünlük verirlər. Amma Qərb, xüsusən ABŞ və Fransa kimi dövlətlər Cənubi Qafqazda Ermənistan və Gürcüstan kimi ölkələrə siyasi-iqtisadi dəstək verməklə onları region dövlətlərinə qarşı çıxmağa təhrik edir, öz maraqlarını güdürlər. Serj Sarkisyan Ermənistan prezidenti ikən ABŞ İrəvandakı səfirliyini böyüdüb, ora çoxlu sayda casus diplomatlar yerləşdirmişdi. Amerikanın ən böyük səfirliyi İraq və Ermənistandadır. Bu həm də iddia edildiyi kimi NATO-nun Cənubi Qafqazda möhkəmlənməsi deməkdir. Fransa və digər Avropa ölkələrinin "mülki missiya" adı altında Ermənistanda cəmləşdirdiyi hərbi qruplaşma da bölgə üçün təhdid sayılır. Çünki həmin missiya Rusiya, Azərbaycan və İranın hərbi sirlərini öyrənirlər, kəşfiyyatla məşğul olurlar".
Analitik xatırladıb ki, ABŞ və Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədrləri olublar və 30 il ərzində öz simalarını nümayiş etdiriblər: "Məsələ ondadır ki, Rusiya da Minsk qrupunun üzvü olub və indi digər iki həmsədrdən şikayətlənir, onların regiona nüfuz etməsindən narahatlıq keçirir. Baş verənlər Cənubi Qafqaz uğrunda Qərb-Rusiya qarşıdurmasının gərginləşdiyini göstərir. Bu da region ölkələri üçün arzuolunmazdır. Vaxtı ilə Vyetnam, Əfqanıstan, Koreya, Kuba, Nikaraqua və başqa bölgələr Qərb-Rusiya qarşıdurmasının poliqonuna çevrilib. Əfsuslar ki, kənar güclərin Cənubi Qafqaza müdaxiləsində Ermənistan baş rolda oynayır. Ancaq Bakı heç vaxt Qərbin ondan Ermənistan kimi istifadə etməsinə imkan verməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat
Ejei: İrana hücum yenidən başlaya bilər
09:59 21.04.2026
Region