NATO Ərdoğanın tələbini yerinə yetirəcək - ŞƏRH
Turan
09:28 30.11.2019
Siyasət
677
Türkiyənin Suriyanın şimalında PKK və YPG terror təşkilatlarına qarşı apardığı mübarizəyə NATO-nun kifayət qədər dəstək verməməsi, Alyansın Baltikyanı ölkələr və Polşa ilə müdafiə planlarında problemlərə səbəb olub. Bəllidir ki, hərbi alyans hələlik YPG-ni terror təşkilatı olaraq tanımır. Ancaq türkiyəli nümayəndədən Alyansın müdafiə planlarını imzalaması tələb olunur.
Türkiyə tərəfi isə bəyan edir ki, NATO YPG-ni terror təşkilatı kimi tanımayanadək imza atılmayacaq. NATO rəhbəri Yens Stoltenberq də Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı müttəfiq dövlətlər arasında fikir ayrılığının olduğunu etiraf edib: “Alyans üzvləri arasında fikir ayrılıqlarının bariz nümunələrindən biri də Türkiyə məsələsidir. Türkiyənin Suriyadakı əməliyyatlarının nəticəsi ilə bağlı narahatlığımı daha öncə bildirmişəm. Fərqli fikirlər var”.
Tərəflər arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, NATO və Rusiya hərbi rəhbərliyinin Bakıdakı görüşü Türkiyənin PKK və YPG terror təşkilatlarına qarşı mübarizədə NATO-nun kifayət qədər dəstək verməməsi ilə bağlıdır.
Analitikin sözlərinə görə, NATO Türkiyəni bu alyansa əvvəl SSRİ, daha sonra isə Rusiya qarşısında istifadə etmək məqsədi ilə qəbul edib: “Hərbi alyans 67 ildir Türkiyə əsgərinə “döyüşkən insan” gözü ilə baxıb, ərazisini istifadə edib. Ancaq indiki Türkiyə əvvəlkindən çox fərqlidir. Türkiyə öz strateji və geosiyasi planları olan, regionda söz sahibi kimi çıxış edən güclü dövlətə çevrilib. Bu baxımdan Türkiyənin güclənməsi nə Qərbə, nə də Avropaya sərf edir. Buna görə də Türkiyəni dünənə qədər olduğu kimi müxtəlif terror təşkilatlarının köməyi ilə zəiflətmək istəyir, ona qarşı “vəkalət müharibəsi” aparırlar. Bunu anlayan Türkiyə PKK və YPG təşkilatlarının NATO tərəfindən təbii olaraq terror təşkilatı kimi qəbul edilməsini tələb edir”.
Ekspert bildirib ki, hərbi alyansın Türkiyəyə qarşı apardığı siyasət heç bir əməkdaşlıq və tərəfdaşlıq çərçivələrinə sığmır: “Bu siyasət açıq şəkildə hegemonluq siyasətinin tərkib hissəsidir. Türkiyə öz qüvvələrini Baltikyanı ölkələr və Polşanın müdafiəsindən geri çəkəcəyini elan edən kimi Rusiya bölgə üzərində “Ağ qu quşu” strateji bombardmançı təyyarələri ilə uçuşa başladı. Bu isə NATO-nun narahatlığına səbəb oldu. Hesab edirəm ki, NATO məcburən Ərdoğanın tələbini yerinə yetirəcək və kürd silahlılarına görə müttəfiqini gözdən çıxarmayacaq. Türkiyə də bir çox cəhətdən asılı olduğu təşkilatla ipləri qoparmağa tam hazır deyil. Ankara hökuməti həm NATO, həm də Rusiya arasında manevr etməklə hərbi-siyasi planlarını icra etməyə çalışır. S-400-lərin alınmasından sonra Amerika artıq Türkiyəni regional güc kimi qəbul edir və onunla hesablaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə