Ölkə başçısı: "Bu siyasət bizə çoxlu dost qazandırıb"
09:50 25.10.2019
Siyasət
462
“Azərbaycan müstəqil xarici siyasət yeridir, bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dost qazandırıb”.
APA -nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı deyib ki, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir:
“Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr verib və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə var. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət