Pakistan Prezidenti: "Qoşulmama Hərəkatının bəzi üzvləri işğaldan əziyyət çəkir"
12:02 25.10.2019
Siyasət
466
Hər gün artan terror hücumları bizi çox mürəkkəb vəziyyətə gətirib çıxarıb. Sabitlik sual altındadır. Biz burada gücdən istifadənin, qeyri-sabitliyin şahidi oluruq. Bərabərsizlik, yoxsulluq, iqlim dəyişikliyi bizim ən çox gördüyümüz problemlərdir. İrqçilik, islamafobiyanın şahidi oluruq.
Oxu.Az xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, geosiyasi dəyişikliklər, dünyada baş verən parçalanma dövlətlər qarşısında təxirəsalınmaz yeni məqsədlər qoyur:
“Pakistan birmənalı olaraq işğalı pisləyir, beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsini dəstəkləyir. Qoşulmama Hərəkatının bəzi üzvləri işğaldan əziyyət çəkir. Kəşmir neçə ildir ki, işğal altındadır.
Kəşmirdə yaşayan əhali əziyyət çəkir. Həmin regionda yaşayan xalqın öz müqəddəratı təyin edilməlidir. Bu regionda terror baş alıb gedir və bu, qəbuledilməzdir”, - deyə o əlavə edib.
Pakistan rəhbəri qeyd edib ki, BMT-nin beynəlxalq hüquq mövqeyindən çıxış edərək ölçülər götürülməlidir:
“Biz həmin yerdə sülhün bərqərar olunması üçün təkliflərlə çıxış etmişik. Biz istərdik ki, Kəşmirdə olan münaqişə sülh yolu ilə öz həllini tapsın. BMT Təhlükəsizlik Şurası Kəşmirlə bağlı 11 qətnamə qəbul edib. Pakistan Qoşulmama Hərəkatının terrorçuluğa qarşı mövqeyini dəstəkləyir.
Pakistan terrorçuluğa qarşı mübarizəni vacib hesab edir. Terrorçuluq əleyhinə beynəlxalq birlik həmrəylik göstərməlidir. Biz terrorçuları beynəlxalq hüquq çərçivəsində cəzalandırmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm