Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təbrik məktubu göndərib. Məktubda Azərbaycan ilə Pakistanın arasında əlaqələrin çoxşaxəli əməkdaşlıq gündəliyinə malik olduğu vurğulanıb.
"Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir"- məktubda qeyd edilib.
İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, pakistanlı mütəxəssis Mahmud Ul Hasan Xan Sherg.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə göndərdiyi təbrik məktubunun möhtəşəm olduğunu deyib:
"Məktub qarşılıqlı hörmətə, daha yaxşı siyasi anlaşmaya və diplomatik əməkdaşlığa əsaslanan güclü strateji tərəfdaşlığımızı parlaq şəkildə əks etdirir. Bu, həmçinin regional sülhün, sabitliyin və harmoniyanın təmin edilməsi və qorunması üçün strateji əməkdaşlığımızı, koordinasiyamızı və birgə fəaliyyətimizi vurğulayır. Daha geniş mənada isə sosial-iqtisadi inteqrasiyanın əldə olunmasına xidmət edir. Məktubun məzmunu ortaq rifahımızın, dayanıqlı tərəfdaşlığımızın göstəricidirir. Gələcəyə yönəlik ticarət, kommersiya, birgə müəssisələr, investisiya və hər şeydən əvvəl sənaye əməkdaşlığının strateji yol xəritəsidir. Bundan əlavə, Azərbaycan Prezidentinin təbrik məktubu müdafiə, rəqəmsallaşma, hibrid kənd təsərrüfatı, əczaçılıq, tekstil və elm və kosmos sahələrində inkişaf etmiş əlaqələrimizi təsdiqləyir. Məktub dövlətlərimizi, cəmiyyətlərimizi və sistemlərimizi düzgün istiqamətdə effektiv şəkildə transformasiya edir".
Ekspert bildirib ki, İslamabaddakı ASAN Xidmətin xüsusi qeyd olunması istehlakçı və xidmət sektorunda münasibətlərimizin daha da gücləndiyini aydın şəkildə nümayiş etdirir:
"Bu, müxtəlif iqtisadi əməkdaşlığımızın istehlak iqtisadiyyatını transformasiya edərək geoiqtisadiyyatın daha geniş institusionallaşmasına doğru irəlilədiyini vurğulayır. Həmçinin hər iki ölkənin iqtisadiyyatları, icmaları və özəl müəssisələri üçün yeni imkan pəncərələri açır. Bu məktubun üslubunu, məzmununu və ifadə tərzini yüksək qiymətləndirirəm. Məktub iki dövlətin hər işdə bir-birinə sadiqliyini göstərir".