Parlament seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
Parlament seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
09:57 23.07.2024
Siyasət
406
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
MSK-dan verilən xəbərə görə, qurumlararası əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.
Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.
Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
“Polis əməkdaşları üçün yaddaş kitabçası” Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət