Parlamentari: Piterin ittihamları əsassız və böhtandır
Yusif Sultanoğlu
02:03 31.05.2024
Siyasət
404
Bu qərəzli yanaşma Avropa İttifaqının Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın baş tutmasını istəməməsindən irəli gəlir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Piter Stano Azərbaycana qarşı həydanlar səsləndirib. Aİ rəsmisi Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğunu, jurnalistlərin kütləvi həbs edildiyini, söz, ifadə azadlığının olmadığını iddia edib. Bu qurumun açıq qərəzi ortadadır. Çünki Azərbaycanda siyasi əqidəsinə görə heç kim təqib edilməyib, hansısa vətəndaş sübut olunmuş konkret cinayət əməlinə görə cəzalandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi Aİ rəsmisinin ittihamlarını cavabsız qoymayıb. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, Piter Stanonun bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Onun sözlərinə görə, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir: "Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir. Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar. Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır". Həmçinin qeyd olunub ki, Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə, məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur: "Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir. Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır".
Millət vəkili Azər Badamov "Sherg.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Piter Stanonun Azərbaycana qarşı səsləndirdiyi ittihamlar əsassız böhtandır. Deputatın sözlərinə görə, bu qərəzli yanaşma Avropa İttifaqının Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın baş tutmasını istəməməsindən irəli gəlir:
"Ermənistanda və Gürcüstanda baş verən hadisələr Qərbin əli ilə həyata keçirilir. Qərb istəyir ki, Cənubi Qafqaz ölkələri onlar tərəfindən idarə olunsun. Ona görə də Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Ancaq unutmasınlar ki, Azərbaycanda hüquqi dövlət qurulub və bütün hərəkətlər qanunla tənzimlənir. O cümlədən xaricdən alınan maliyyələr də qanun çərçivəsində alınmalı və istifadə olunmalıdır. Piter Stanonun qeyd etdiyi şəxslər də maliyyə fırıldaqlarına görə saxlanılır. İstintaq tədbirləri başa çatandan sonra onların əməllərinə hüquqi qiymət veriləcək. Piter Stanonun Azərbaycanı indiki dövrdə hədəf almasını Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına müdaxilə kimi dəyərləndirmək olar. COP-29 ərəfəsində bizə qarşı ittihamlar səsləndirənlərlə çox rastlaşacağıq. Çünki məkrli dairələr uğurlarımızı həzm edə bilmirlər".
Xəbər lenti
Hamısına bax
Yasamalda 20 kq marixuana aşkarlanıb
14:32 21.01.2026
Hadisə
Ərdoğan kürdlərə çağırış etdi
14:28 21.01.2026
Gündəm
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual