Parlamentdə iclas: Ombudsman vəzifəsinə namizədlər müzakirə edildi
Ayyət Əhməd
12:08 22.11.2019
Siyasət
606
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. İnsan hüquqları komitəsinin sədri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Prezident İlham Əliyev üç nəfərə böyük etimad göstərib.
B.Muradova bildirib ki, Ombudsman seçiləcək şəxs Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə praktik olaraq öz müsbət töhfəsini verəcək, cənab Prezidentin etimadını doğruldacaq.
Məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Ombudsman vəzifəsinə namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
S.Əliyeva Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun həyat yoldaşıdır.
Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Səlahiyyət müddəti başa çatan E. Süleymanova yerinə namizəd verilmədiyindən hələ də Ombudsman vəzifəsində qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil