Parlamentdə şok təklif: Azərbaycanın adı dəyişdirilsin
Yusif Nəzərli
07:45 29.11.2022
Siyasət
457
“İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu yaxınlarda Qarabağdakı qələbəmizin rəmzi “Dəmir yumruğu” öz ölkəsinin bayrağının üzərinə yapışdırıb fotosunu paylaşmışdı”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, səfir bununla Azərbaycanın hədəfinin Cənubi Azərbaycan olduğuna işarə edib.
“Mənim bildiyim qədər ilə, səfir İranın fars-molla rejiminin hüquqlardan məhrum etdiyi Cənubi Azərbaycandandır. O, əslində işarələrlə deyir ki, Prezident İlham Əliyevin “Dəmir yumruğu” Ermənistandan sonra İranın fars-molla rejiminin başına dəyəcək”, - deyə o əlavə edib.
Deputat Azərbaycanda Konstitusiya dəyişikliyinin vacibliyini bildirib və ölkənin adının dəyişdirilməsini təklif edib.
“Azərbaycanın adı dəyişdirilərək Şimali Azərbaycan olmalıdır. Çünki Azərbaycan Respublikası Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edir. Dünyada bir çox xalqlar bölünüb və ölkələrin adları da şimal və cənub deyə müəyyən edilib. Məsələn, Şimali Koreya, Cənubi Koreya və sair. Azərbaycanın da adı dəyişdirilməlidir, ictimaiyyət önündə təklif edirəm ki, ölkəmizin adı Şimali Azərbaycan olsun”, - deyə əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya