“Paşinyan hökuməti normal müzakirələrə hazır deyil”
Turan
13:58 20.09.2019
Siyasət
942
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT asambleyası çərçivəsində görüşəcəklər”.
Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, rəsmi Bakının gündəmsiz danışıqlara razılıq verməsi xeyrimizə deyil:
“Gündəmsiz danışıqlar prosesin uzanmasına və status-kvonun qorunmasına xidmət edir ki, bu da sadəcə Ermənistana sərf edir. Məhz İrəvan hökumətinin də istədiyi budur. Nikol Paşinyan deyirsə ki, “Qarabağ Ermənistanındır, nöqtə”, biz bu halda danışıqlara getməməliyik. Çünki danışıqların əsas predmeti Qarabağın işğaldan azad olunmasıdır”.
Analitikin sözlərinə görə, danışıqlar yalnız ilkin mərhələdə üç rayonun boşaldılması üçün aparılır:
“Rəsmi Bakı bu məsələdə israrlıdır. Ancaq Ermənistan əleyhinədir. İrəvan deyir ki, birinci növbədə Dağlıq Qarabağın statusu həll edilməli, ondan sonra sonra üç rayon söhbəti müzakirə olunmalıdır. Ona görə də bu cür danışıqlara ümid bəsləmək əbəsdir.
Danışıqlardan çəkilib, cəbhə boyu güclü hərbi təzyiqlərə başlamalıyıq. Yalnız o halda Ermənistan özü real danışıqlarda maraqlı ola bilər. Hazırda isə Paşinyan hökuməti normal müzakirələrə hazır deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual