Paşinyan İlham Əliyevlə görüş üçün özündə cəsarət tapa bilməyib -ANALIZ
Yusif Sultanoğlu
09:10 21.07.2024
Siyasət
466
Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
Sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münhendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”. Dövlət başçısı qeyd edib ki, xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb: "Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir". Burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib: "Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Londonda Böyük Britaniya hökümətinin təşkil etdiyi görüşdən imtinası ciddi suallar doğurur. Ekspertin sözlərinə görə, ötən günlərdə ABŞ-nin vasitəçiliyi və təşəbbüsü ilə görüş keçirilib:
"XİN rəhbərləri Vaşinqtonda bir araya gəldi və sülh danışıqları çərçivəsində müzakirələr apardılar. Hər iki tərəfə kompramislərə getmək təklif olunurdu. Digər tərəfdən Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirirdi. Belə məqamda Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən qaçması müəyyən suallar doğurur. Hətta görüşün daha öncədən razılaşdırıldığını və Azərbaycanın konkret şərtlərinin bəlli olduğunu nəzərə alsaq, Paşinyanın bu davranışı absurd və anlamsızdır. Rəsmi Bakı Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edir. Sonrakı önəmli məsələlər isə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası və 4 kəndin Azərbaycana qaytarılmasıdır. Görünür, Paşinyan hökuməti bunları həyata keçirməyə hələ hazır deyil. Yəni, Paşinyan İlham Əliyevlə görüş üçün özündə cəsarət tapa bilməyib. Ona görə də görüşdən qaçıb. İrəvan hökuməti çox yaxşı bilir ki, Bakı öz tələblərindən, şərtlərindən geri durmayacaq. Başqa bir nüans odur ki, hazırda Ermənistan daxilində müxalifət yenidən aktivləşib. Paşinyan ehtiyat edir ki, erməni ictimaiyyəti onun məcburi güzəştlərini xoş qarşılamaz. Baş verənlər nikbinliyi azaldır, amma istənilən sülh prosesini davam etdirmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm