“Paşinyan Koçaryanı qıcıqlandırır” – ŞƏRH
Fidan Həmişəyeva
11:01 29.06.2021
Siyasət
606
Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. Lakin seçkilər yekunlaşsa da, bəzi məsələlər həllini tapmayıb. Bir çox ekspertin fikrincə, Ermənistanda seçkilərdən sonra daxili vəziyyət daha da gərginləşəcək, müəyyən xaos yaranacaq.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində cinayət işi üzrə məhkəmə prosesi Yerevanın Şenqavit rayon məhkəməsində davam edir. Həmçinin Ermənistanın keçmiş baş naziri Armen Gevorkyanla bağlı məhkəmə prosesi də bərpa olunub.Bildirilib ki, əvvəlki məhkəmə prosesləri müxtəlif səbəblərə görə təxirə salınmışdı.
İrəvandakı daxili prosesləri “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda seçkilərin başa çatdığını düşünmür. Onun sözlərinə görə, siyasətçilərimizin böyük əskəriyyəti Ermənistanın konstitusiyasındakı seçki ilə bağlı müddüəalara lazımi qiymət verməyiblər:
“Əslində bu seçkilər tragikomediya idi və həmin tragikomediyanın sadəcə birinci pərdəsi başa çatıb. Nikol Paşinyan Koçaryanı qıcıqlandırır ki, onun bloku parlamentə düşməsin.
Beləliklə, Paşinyan elan etsin ki, konstitusiyaya görə, hələ Ermənistanda parlament yoxdu. Yəni Ermənistan konstitusiyasına görə parlament odur ki, onun 30 faizi müxalifətdir.
Koçaryan və Sarkisyan parlamentə düşməyəcəklərsə, deməli, parlamentin 30 faizi, yəni müxalifət hissəsi olmayacaq. Parlamentdə 30 faizin müxalifət olması və müxalifətin parlamentdə iştirakı Ermənistanda konstitusion tələbdir. Paşinyan da bu addımı bilə-bilə atır.
Rəqəmləri elə qaydada saxtalaşdırıb ki, özünə istədiyi vəziyyəti yaratsın. Bununla da lazım olanda parlamentin olduğunu desin, yaxud əksinə lazım gəldikdə parlamentin olmayacağını söyləsin.
Çünki üçtərəfli bəyanatda elə məsələlərə qol çəkilib ki, bu gün Paşinyan həmin məsələləri reallaşdıra bilməyəcək.
Ona görə parlament seçkiləri ölkədə xaos vəziyyət yaratdı. Paşinyan özü bilə-bilə Koçaryanı qıcıqlandırır. Düşünürəm ki, yaxın zamanda Ermənistan parlamenti hökumətin sona qədər formalaşmasına imkan verməyəcək”.
--
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə