Paşinyan və separatçı Arutyunyan vəziyyəti anlayır
Paşinyan və separatçı Arutyunyan vəziyyəti anlayır
Yusif Nəzərli
03:10 10.08.2022
Siyasət
818
Alternativ yola keçid zamanı Laçın şəhəri ilə yanaşı rayonun bütün kəndləri də işğaldan azad olunacaq
“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışlarından birində ermənilərin Laçın və ətraf kəndlərini boşaldacağını bildirmişdi. Paşinyan anlayırdı ki, Azərbaycan alternativ yolu tamamladıqdan sonra 2020-ci il 9 noyabr bəyanatına görə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılmasını tələb edəcək”.
Bunu“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Paşinyan Ermənistan tərəfdən Azərbaycanla sərhədə yolun çəkilişini ləngidirdi:
“Baş nazir Azərbaycan ərazisindəki alternativ yolu Ermənistanla birləşdirəcək yolun tikintisini radikal müxalifətin mümkün etirazına görə yubadırdı. Ancaq İrəvan hökumətinin qərarı ilə alternativ yolu Ermənistana birləşdirəcək yolun tikintisinə başlanılıb. Paşinyanla yanaşı Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan da Laçın şəhərinin, ətraf kəndlərin və uzun illərdir dəhliz kimi istifadə etdikləri yolun boşaldılması zərurətini anlayır. Təsadüfi deyil ki, Arutyunyanın təlimatı ilə ermənilərə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılması tapşırılıb. Orada yaşayan ermənilərə deyilib ki, yaşayış yerlərini yandırmasınlar. Çünki erməni separatçıları da anlayır ki, Kəlbəcərdə olduğu kimi Laçında da yanğınların törədilməsi onlar üçün vəziyyəti daha da gərginləşdirə və bu, Azərbaycan Ordusunun növbəti anti-terror əməliyyatına şərait yarada bilər.
Erməni separatçılarının Kəlbəcər istiqamətində olduğu kimi Laçın və ətraf kəndlərə gedən yolların minalanması da baha başa gələcək. Bu halda erməni separatçılarının alternativ yoldan istifadəsi çətinləşəcək”.
Ekspert vurğulayıb ki, alternativ yola keçid zamanı Laçın şəhəri ilə yanaşı rayonun bütün kəndləri də işğaldan azad olunacaq:
“Alternativ yolun ətrafında kənd və qəsəbə yoxdur. Laçın şəhərinin və rayonunun azad olunması və orada Azərbaycan Ordusunun möhkəmlənməsi Qarabağ separatçılarının mühasirəsini daha da daraldacaq və əgər separatçılar tərksilah barədə qərar verməzlərsə, bu, növbəti anti-terror əməliyyatlarına şərait yaradacaq. Digər tərəfdən Nikol Paşinyanın Qərbi Zəngəzurda dəhlizə şərait yaratmaması Qarabağla Ermənistanı birləşdirəcək alternativ yolun sonunda Azərbaycan sərhəd və gömrük postunun yaradılmasını sürətləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm