“Paşinyanın aqressivləşməsi yetişmiş siyasi vəziyyətin məntiqi sonluğudur”
Turan
16:34 16.09.2019
Siyasət
958
“Ermənistanda siyasi hakimiyyətlərin bir-birini əvəz etməsinə baxmayaraq, ümumilikdə onların Qarabağ siyasətinə baxışında köklü fərqlər yoxdur”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Analitik bildirib ki, işğalın davam etdiyi illər ərzində Ermənistanın yeganə strategiyası Qarabağın separatçı hakimiyyətinə legitimlik qazandırmaq olub:
“Ermənistan bu illər ərzində danışıqlarda problemin həlli görüntüsünü yaratmaqla yanaşı, Dağlıq Qarabağın “dövlət sistemi”nin möhkəmləndirilməsi ilə də məşğuldur. Düşmən işğal olunmuş ərazilərimizdə böyük tikinti layihələri həyata keçirir və infrastruktur yaradır.
Bununla yanaşı, Şuşada və digər işğal olunmuş ərazilərimizdə vandallıq edərək türk əhaliyə məxsus evlər, mədəniyyət obyektləri sökülür, qəbirstanlıqlar dağıdılır. Bu siyasət artıq 30 ildir ki, davam edir. Paşinyan bu siyasi xətti davam etdirməklə bərabər digər kartları açmaq məcburiyyətində qaldı. Əslində, Paşinyanın aqressiv bəyanatları yetişmiş bir siyasi situasiyanın məntiqi sonluğudur. Baş nazir anlayır ki, Azərbaycan tərəfi siyasi oyunlardan bezib və torpaqların işğaldan azad olunması günün ən vacib tələblərindəndir”.
Partiya təmsilçisi bəyan edib ki, sentyabrın 16-dan 20-nə qədər keçiriləcək hərbi təlimlərdə döyüş aviasiyası sınaqdan keçiriləcək. Raket və artilleriya qurğularımızın atəş mövqeləri dəqiqləşdiriləcək:
“Diqqətinizə çatdırım ki, bu təlimlərə 10 min əsgər və zabit heyyətinin qatıldığı bildirilsə də, əslində keyfiyyətinə görə ən effektli təlimlərin olacağı şübhəsizdir. 2017-ci ilin aprelində keçirilmiş təlimlərdə 30 min heyətin iştirakı olmuşdu.
Bu dəfə isə hərbi potensialını daha da gücləndirən Azərbaycan tərəfi üstünlüyü hərbi hava qüvvələrinin manevrlərinə və raket zərbələrinə yönəldəcək. Təlimlərə Azərbaycanın düşmənə sadəcə əzələ nümayişi kimi təqdim edilməsi yanlışdır. Azərbaycan tərəfi ciddi olaraq torpaqların işğaldan azad olunması üçün hazırlıq işlərinə başlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat