
Paşinyanın Brüssel görüşü: Bakının mövqey əvvəlcədən öyrənilib -Şərh
Yusif Sultanoğlu
09:00 26.03.2024
Siyasət
654
Məlum olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə görüşüblər. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələsini, eyni zamanda Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər. Brüsseldə Fransa prezidenti E.Makronla da görüşüb. Həmçinin, aprelin 5-də Paşinyan, Avropa Komissiyasının rəhbəri U.Leyen və ABŞ dövlət katibi E.Blinken görüşəcək.
Görünən odur ki, Fransa və Aİ Ermənistana qarant rolunda çıxış etməyə davam edir.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, o, Avropa İttifaqı, Avropa Şurası, Fransa və ABŞ rəhbərliyi ilə Ermənistanın baş nazirinin görüşlərinin bizim əleyhimizə yönələcəyini düşünmür:

"Bir qədər əvvəl NATO baş katibinin Bakı səfəri, ABŞ prezidentinin məktubu və dövlət katibinin telefon zəngi vasitəsilə Azərbaycanla olan əlaqələr göstərir ki, Paşinyanla görüşlərdən əvvəl rəsmi Bakının mövqeyi öyrənilib. Ona görə də narahat olmağımıza bir səbəb görmürəm. Əksinə Ermənistanın qərblə sürətlə yaxınlaşması regionda imperiya ambissiyaları olan Rusiyanın maraqlarına ziddir. Bizim maraqlar isə tələb edir ki, Qafqazdan rus qoşunu çıxsın, sülh razılaşması əldə olunsun və regionda daim narahatlıq mənbəyi olmuş Ermənistan və onun xalqı sülhün müharibədən üstün olduğunu nəhayət ki, anlasın. Heç bir qərb dövləti, hətta Fransa belə Ermənistanda Rusiyanın indiyədək oynadığı rolu oynaya bilməz. Nə Türkiyə, nə də regionun güclü ölkəsi olan Azərbaycan buna imkan verməz. Bir sözlə Ermənistanın qərblə təmaslarından narahat olmamalı, amma təbii olaraq daim nəzər diqqətimizdə saxlamalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi