Paşinyanın “demokrat” maskası yırtılır: Din xadimləri də baş nazirdən narazıdır
Turan
08:52 05.12.2019
Siyasət
740
“Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Baş nazir Nikol Paşinyana qarşı Eçmiədzin din xadimlərinin tənqidləri getdikcə artır: “İnqilabdan sonrakı dövrdə ölkədə siyasi-iqtisadi inkişaf yoxdur. Sosial vəziyyət hər keçən gün daha da ağırlaşır. Ermənilərin qazanc dalınca ölkəni tərk etməsi intensivləşib.
Paşinyanın verdiyi vədlərin reallaşmaması ona qarşı etirazların yeni mərhələsi başlaya bilər. Əsasən, bu etirazların Eçmiədzindən idarə olunması mümkündür. Son dönəmlər Paşinyanla Ermənistanın dini lideri Qaregin və Qarabağdakı ermənilərin patriarxının münasibətləri olduqca kəskinləşib. Paşinyan kilsənin siyasətə təsirini zəiflətməyə çalışır. Bu da kilsə ilə hakimiyyət arasında böhranın dərinləşməsinə səbəb olur. Həmçinin, kilsə “Qarabağ klanı” ilə daha çox yaxındır. Sarkisyan rejimi erməni kilsəsi vasitəsi ilə öz hakimiyyətini möhkəmlətməklə, keşişlərin dövlətin siyasi strukturlarına təsir etmək imkanı verib”.
Siyasi şərhçi xatırladıb ki, gələn ilin aprelində işğal olunmuş ərazilərdə qondarma quruma “seçki”lər keçiriləcək:
“Buradakı kilsə “Qarabağ klanı”nı dəstəkləyir. Proseslər Nikol Paşinyanın əleyhinə gedərsə, kilsə və “Qarabağ klanı”nın birləşməsi fonunda Rusiyanın bunlara dəstəyi reallaşa bilər. Paşinyan Qarabağdakı separatçı qurumun “rəhbərliyinə” öz adamını gətirməyə çalışsa da, Şuşadakı kilsə ilə “Qarabağ klanı” hərəkətə keçəcək. Rusiya da bunlara dəstək verəcək. Çünki Rusiyada “Qarabağ klanı”nın tam tərkibdə siyasi proseslərdən uzaqlaşmasını qəbul etmir. Göründüyü kimi Ermənistanda növbəti aylarda siyasi proseslərdə ciddi qarşıdurma olacaq. Bundan əlavə, erməni baş nazir növbəti dəfə işğal olunmuş ərazilərə gələrək, qoşunların təmas xəttində müşahidə aparıb. Deməli, Paşinyan beynəlxalq təşkilatlarda münaqişədə Ermənistan tərəfinin iştirakını inkar edir. Səfər onun dediklərinin əksidir və birbaşa işğalçı tərəf olduğunun sübutudur. Paşinyanın cəbhə xəttinə yaxınlaşmasına imkan verilməməlidir ki, arqumentləri puç olsun. Beynəlxalq təşkilatlar da görsünlər ki, birbaşa “demokratik” maskalı Paşinyan işğalın başında durub”.
Analitikin sözlərinə görə, gələn ilin aprelinə kimi Ermənistan və Azərbaycan arasında qarşıdurma riski gözlənilmir:
“Cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycanda keçiriləcək bələdiyyə və növbədənkənar parlament seçkiləri, həmçinin rəsmi İrəvanın Qarabağdakı qondarma “seçki”yə hazırlaşması danışıqlarda aktivliyi aşağı salmamalıdır. Gələn il apreldən sonra danışıqlarda yeni mərhələ olacağı istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə