Paşinyanın insident MARAĞI
Yusif Nəzərli
10:12 17.06.2023
Siyasət
475
Ermənistan ordusunda kifayət qədər xarici ünsürlərin təsiri var
Ermənistan-Azərbaycan arasında hərbi toqquşma aktiv mərhələyə keçib. Laçındakı postumuza qarşı həyata keçirilən təxribatdan sonra Zəngilan istiqamətində saatlarla davam edən döyüşlər başlayıb. Düşmən artilleriya qurğularını, minaatanları və PUA-ları işə salıb. İyunun 16-da isə ermənilər Naxçıvan, Gədəbəy və Şuşanı atəşə tutublar. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb və düşmən mövqeləri sıradan çıxarılıb. Müdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, uzun müddətdir Ermənistan tərəfinin Azərbaycanla sərhəddə təxribat törətmək, gərginliyi artırmaq cəhdlərini müşahidə edirik. Analitik vurğulayıb ki, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması, sərhədin bir neçə istiqamətində atəşkəsin pozulması, rus sülhməramlılarının nəzarət etdiyi bölgədə mövqelərimizə güllə atılması bir neçə yöndə şərh olunmalıdır: "Birinci variant odur ki, baş verənlər Paşinyan hakmiyyətinin istəyi ilə reallaşır. İkinci ehtimal budur ki, Ermənistan ordusunda Paşinyandan daha çox xarici qüvvələrə bağlı olanlar təxribata əl atır. Onların da məqsədi regionda vəziyyəti qızışdırmaqdır. Üçüncüsü isə bu ikisinin paralel olaraq baş verməsidir. Reallıq ondadır ki, əslində Paşinyan bu cür insidentlərdə maraqlı olmamalıdır. Düzdür, vaxtaşırı olaraq, daxili və xarici təzyiqlər nəticəsində mövqeyini dəyişməyə məcbur qalıb. Ancaq erməni Baş nazir sülh prosesində qərarlıdır və bunu dəfələrlə elan edib".
Siyasi şərhçi bəyan edib ki, Ermənistan ordusunda kifayət qədər xarici ünsürlərin təsiri var: "Vaşinqton görüşündən əvvəlki təxribatlarda Paşinyan özü etiraf etdi ki, ordu tam şəkildə ona tabe deyil. Ordu və təhlükəsizlik sistemində "Qarabağ klanı" hələ də mövcudluğunu qoruyur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərdəki separatçılar da Moskvaya tabedir. Separatçılar erməniləri Azərbaycana qarşı mübarizəyə, müqavimət göstərməyə çağırış edirlər. Demək ki, təxribatlara hazırlıq gedir və bunlar həm Qərb, həm də Rusiya tərəfindən dəstəklənə bilər. Son günlər bəzi ölkələrin Ermənistanda fəallaşmasının şahidi oluruq. Xüsusən İran, Fransa və Hindistan Ermənistanı açıq şəkildə dəstəkləyir. İran ermənilərə silah göndərir. Həmin dövlətlər də bölgədə gərginliyin artmasında, yeni münaqişə ocağının yaranmasında maraqlıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət