
Politoloq: Azərbaycan-İraq yaxınlaşması regionun və xalqların xeyrinə olacaq hadisədir
12:40 21.04.2025
Siyasət
571
2025-ci il 20 aprel tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraq Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Bağdad şəhərində Azərbaycan və İraq Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Görüşdə ikitərəfli siyasi, iqtisadi, humanitar, enerji və parlamentlərarası əməkdaşlıq məsələləri ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları da müzakirə olunub.
Nazir müavini, həmçinin İraqın rabitə və ekologiya nazirliklərinin nümayəndələri ilə görüşlər keçirib, COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı əməkdaşlıq, azad olunmuş ərazilərdə aparılan yenidənqurma və minalardan təmizləmə prosesi barədə məlumat verib. Səfər zamanı Yalçın Rəfiyev Bağdaddakı nüfuzlu “Rewaq Baghdad” beyin mərkəzində çıxış edərək Azərbaycanın regional siyasəti və Ermənistanla sülh gündəliyi mövzusunda fikir mübadiləsi aparıb. Bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini göstərən əhəmiyyətli diplomatik hadisə kimi dəyərləndirilir.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, İraq region dövlətlərindən biridir və coğrafiya etibarıyla dünyanın mərkəzi ərazilərindən sayılır:

“İraqla Azərbaycan arasında çox ciddi tarixi bağlar mövcud olub. Həmin səfər bu tarixi bağların davam etdirilməsinə yönəlib. Azərbaycan və qardaş Türkiyənin xarici siyasət və geosiyasətində kordinasiya var. Türkiyənin geosiyasi siyasəti, həmçinin Azərbaycanın maraqlarını ifadə edən məqsəddir. Türkiyə və İraqın təhlükəsizliyi baxımından əməkdaşlıqlar vacibdir. İraqda çox ciddi maraqlar mövcuddur. İraqda doğma Azərbaycan ləhçəsində danışan türkmənlər yaşayır. Həmçinin Türkiyə ilə İraq arasında xüsusi regional layihə hazırlanır ki, Azərbaycan da prosesin tərkib hissəsidir. Bir tərəfdə Çindən başlayaraq Mərkəzi Asiya, Türkiyə Cumhuriyyətlərini özündə ehtiva edən Azərbaycan vasitəsilə Türkiyə, daha sonra Avropaya çıxış imkanı yaradan dəhliz qurulursa, digər tərəfdən Ərəb körfəzindən İraqa, oradan isə Türkiyəyə koridor hazırlanır. Belə strateji dəhlizlərin uzlaşdırılma siyasəti Azərbaycan, Türkiyə və İraqın mövqeylərini gücləndirəcək. Eyni zamanda İraq enerji daşıyıcılarının mənbəyi olan ölkədir. Azərbaycanın bu yöndə İraqa verə biləcəyi töhfələr var. Yenidən dirçələn və bütövləşməyə çalışan İraqda Azərbaycan da varlığını təsbir edir və münasibətləri bütün sahələr üzrə aparmağa çalışır. Azərbaycan İraq yaxınlaşması regionun və xalqların xeyrinə olacaq hadisədir. Bu perspektivdə Azərbaycanın dostlarının artmasına şərait yaradır və beynəlxalq aləmdə rəsmi Bakının mövqeyi güclənir. Qardaş Türkiyə və Azərbaycanın birgə Suriya və İraqda siyasəti türk dövlətlərinin necə aparıcını olduğunun bariz nümunəsidir. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatında fikir ayrılığının olmamasına çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı
12:21 10.11.2026
Gündəm
BDYPİ səfərdən qayıdan sürücülərə xəbərdarlıq etdi
12:10 10.11.2026
Cəmiyyət
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
12:03 10.11.2026
Rəsmi