Politoloq: Azərbaycan tərəfi hər zaman çalışıb ki, İranla münasibətlər normal olsun
Yusif Sultanoğlu
05:02 30.07.2024
Siyasət
430
Pezeşkian bu gün and içəcək, biz də oradayıq
Bu gün İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Yeni prezidentin andiçmə mərasiminin qərargah rəhbəri Əlirza Şərifi deyib ki, müxtəlif ölkələrin 70-dən çox nümayəndəsi İranın 9-cu Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib. Bildirilib ki, ilk gələn qonaqlar arasında Nigeriya, Monqolustan, Malta və Liviyadan olan rəsmilər var. İyulun 30-da Pezeşkianın andiçmə mərasimində iştirak məqsədilə daha çox xarici nümayəndənin Tehrana gələcəyi deyilir. Qeyd edək ki, Məsud Pezeşkianın rəsmi andiçmə mərasimi ölkə rəsmiləri, xarici ölkələrin səfirləri və xarici diplomatların iştirakı ilə parlamentdə keçiriləcək. Andiçmədə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək. Azərbaycanı andiçmə mərasimində Baş nazir Əli Əsədov və Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvlərinin təmsil edəcəyi deyilir. Məlum olduğu kimi mərhum Prezident İbrahim Rəisinin dövründə Azərbaycan-İran münasibətləri kifayət qədər gərginləşmişdi. Son dönəmlər Bakı-Tehran arasında buzlar əriməyə doğru gedir. Xüsusən, azərbaycanlı Məsud Pezeşkianın prezident seçilməsi və Tehran səfirliyinin fəaliyyətə başlaması ikili əlaqələrin normallaşacağı ehtimalını artırır.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan tərəfi hər zaman çalışıb ki, İranla münasibətlər normal olsun və heç bir problem yaşanmasın. Analitik vurğulayıb ki, münasibətlər hər zaman İran tərəfindən pozulub:
"Hətta İran tərəfindən ikili əlaqələrimizə xələl gətiriləndə, Tehran İrəvanı dəstəkləyəndə, silahlandıranda belə çalışmışıq ki, əlaqələri mümkün qədər normallaşdıraq. Azərbaycan rəhbərliyi, digər yüksəkranqlı rəsmilər İranla münasibətləri dəyərləndiriblər. İran prezidentini Azərbaycana dəvət etdik. Prezident İlham Əliyev özü İrana səfərə gedəcəyini bildirdi. İndi də yüksək səviyyədə Pezeşkianın andiçmə mərasimində təmsil olunuruq. Tehran hökumətinin ardıcıl olaraq Azərbaycanı təhdid etməsi, Zəngəzur dəhlizinə qarşı çıxması münasibətləri pozmuşdu. Əgər İran tərəfi də əlaqələrin yaxşı olmasında maraqlı və səmimidirsə, pozucu addımlardan, təxribatçı açıqlamalardan əl çəkməlidir".
Ekspertə görə, İran Pezeşkianı irəli sürməklə liberal, demokrat, islahatçı hakimiyyət vitrini formalaşdırır:
"Pezeşkianın iddia etdiyi kimi, qonşularla, daha doğrusu, Azərbaycanla əməkdaşlıqda üzərinə düşəni edərsə, münasibətlər normallaşar. Əfsuslar ki, biz İranda prezidentlərin Azərbaycan əleyhinə açıqlamasını görmüşük. Tehran hökuməti dəfələrlə Bakının mövqeyinə zidd yanaşmalar ortaya qoyub. Bu şəkildə davam edərsə, münasibətlər pozula, yenidən pisləşə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm