
Politoloq: Ermənistanın müstəqil xarici siyasəti yoxdur
Politoloq: Ermənistanın müstəqil xarici siyasəti yoxdur
Yusif Sultanoğlu
10:44 16.06.2024
Siyasət
525
Hakimiyyət ABŞ və Fransadan gələn təlimatlar əsasında hərəkət edir
Ermənistanda daxili çəkişmə kritik həddə çatıb. Qazax rayonu ilə həmsərhəd olan erməni kəndlərindən başlayan “Vətən naminə Tavuş” Hərəkatı işğalçı ölkənin hər yerinə yayılıb. Mülki vətəndaşlardan tutmuş siyasi qüvvələrlərə qədər, parlamentdəki müxalifət fraksiyalar belə Paşinyan hökumətini fəaliyyətsizlikdə, həmçinin konstitusiyanı pozmaqda ittiham edir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa tələbi irəli sürüldükdən sonra isə vəziyyət daha da gərginləşib. "Vətən naminə Tavuş" Hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb.
Aksiyaçılar polisə butulka atıb və polis kordonunu yararaq, parlamentə hücum etməyə çalışıb. Polisin reaksiyası isə gözləniləndən daha sərt və amansız olub, səs və tüstü qumbaralarından da istifadə edilib. Nəticədə 17 polis, 98 aksiya iştirakçısı yaralanıb.
Siyasi şərhçi Azər Həsrətin “Sherg.az”a açıqlamasına görə, Ermənistanda baş verən hadisələr qərbin demokratiya dəllallarının necə ikiüzlü olduğunun bariz sübutudur:
“Ölkədə baş verənləri dünyaya demokratiya göstəriciləri kimi sırımağa çalışan Ermənistan hakimiyyəti etirazçılara qarşı zor tətbiq etməkdən çəkinmir. Polis azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirib. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb. Xüsusən, Avropa təsisatları Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumurlar. Özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, nədənsə, baş verənlərə biganə yanaşırlar. Beynəlxalq təşkilatlar hadisələrə o dərəcədə görməzdən yanaşırlar ki, hətta peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə qarşı törədilən zorakılıqlara göz yumurlar. Aksiyanı dağıtmaq üçün polisin törətdiyi qanunsuz hərəkətlər heç kimi narahat etmir.
Əksinə, ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edir ki, zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etsinlər. Aksiya iştirakçılarına qarşı şiddət göstərən polisə, onların həbsinə göstəriş verən dövlətə isə bir kəlmə “gözün üstündə qaşın var” demirlər”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistandan fərqli olaraq Cənubi Qafqazın digər respublikaları olan Azərbaycan və Gürcüstanda ən xırda pozuntular dərhal fakt kimi qeydə alınır, etiraz dolu bəyanatlar səsləndirilir:
“Azərbaycanda dövlət maraqlarını satan, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüquq-mühafizə orqanları hər hansı bir tədbir həyata keçirən zaman ABŞ və Qərb ölkələri başda olmaqla, bir çox təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Əksər hallarda isə proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər.
Azərbaycan polisinin razılaşdırılmamış mitinqlərdə kobud surətdə ictimai asayişi pozan şəxslərə qarşı qanunla müəyyən olunmuş şəkildə davranmasına rəğmən ABŞ və onun yedəyindəki qərb dövlətləri Azərbaycan dövlətini yerdən-yerə vurur ki, insan haqları pozulur, aksiyaçılara qarşı repressiya həyata keçirilir.
Çünki Azərbaycan sərbəst, müstəqil və öz milli maraqlarına uyğun xarici siyasət yürüdür. Qərb ölkələri Azərbaycanı öz marginal maraqlarının təmin olunması üçün alətə çevirə bilməyiblər. Azərbaycan öz haqlı mövqeyini inamlı müdafiə edib, ən əsası da Azərbaycana qarşı atılan bütün qərəzli addımlar fiaskoya uğrayıb. Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil xarici siyasət həyata keçirmək iradəsinə sahib deyil. Ermənistan hakimiyyəti ABŞ və Fransadan gələn təlimatlar əsasında hərəkət edirlər.
Ermənistandan bir alət kimi istifadə olunmağın müqabilində Azərbaycana qarşı qərəzli mövqe sərgilənir. Amma bütün bunlar Azərbaycanın mövqeyinə təsir etməyəcək” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm