
Politoloqdan sərt sözlər: ATƏT-in Minsk qrupu, əslində, qondarma təşkilatdır
11:07 15.08.2024
Siyasət
512
“ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Azadlıq” radiosunun İrəvan bürosuna bildirilib. “Ermənistan tərəfi Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsi və sülh müqaviləsinin imzalanması kontekstində baxa bilər”, – XİN-dən deyilib. Qeyd edək ki, bundan öncə İrəvan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməli olduğuna dair açıqlamalar səsləndirirdi.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli söyləyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğv olunması hazırda böyük önəm daşıyır:

“Çünki faktiki olaraq mövcud olmayan təşkilat Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı beynəlxalq mexanizm rolunu formal şəkildə davam etdirir. Bu isə yolverilməz hadisədir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, xüsusilə də Fransa yaxın gələcəkdə Cənubi Qafqaza müdaxilə üçün məhz ATƏT-in Minsk qrupu çətirindən istifadə etməyə cəhd göstərə bilərlər. Azərbaycan və Ermənistan arasında fəal hərbi münaqişə artıq yekunlaşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan ordusu isə öz sərhədləri içərisinə çəkilib. Deməli, Azərbaycan və Ermənistan arasında münaqişəli problemlər böyük ölçüdə öz həllini tapıb. Eyni zamanda ATƏT-in Minsk qrupunun gündəminə daxil olan "Dağlıq Qarabağ" adlı problem də mövcud deyil. Bütün bunlar göstərir ki, ATƏT-in Minsk qrupu, əslində, qondarma təşkilatdır”.
Analitik vurğulayıb ki, hazırda sözügedən qurumun mövcudluğuna və fəaliyyətinə ehtiyac qalmayıb:
“Ona görə də həmin təşkilatın qısa zamanda ləğv edilməsi və Cənubi Qafqazda regional ölkələri arasında birbaşa təmaslar vasitəsilə münasibətlərin normallaşmasının vaxtı çatıb. Kənardan müdaxiləyə heç bir ehtiyac qalmayıb. İndi yeganə məsələ Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasıdır. İndiki situasiyada ATƏT-in Minsk qrupunun heç kəsə faydası yoxdur. Əksinə olaraq problem yarada biləcək mexanizmdir. Ona görə də bu mexanizmin yenidən regional geosiyasi səhnəyə qayıtmasına qətiyyən imkan vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya