Polşadakı gənclər erməni təxribatına qarşı etiraz aksiyası keçirdi
17:48 28.10.2019
Siyasət
471
Polşada növbəti erməni təxribatının qarşısının alınması üçün etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Polşada yaşayan ermənilər Ermənistanın qondarma tarixindən bəhs edən "Kraj wojny Marzeń" adlı filmi “Kino Kultura” adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırmışdırlar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanı nüfuzdan salmağa hesablanmışdı. Lakin Polşadakı həmyerlilərimiz bu çirkin arzunun həyata keçməsinə imkan verməyiblər.
“Polşa Azərbaycanlıları Birliyi” tərəfindən əvvəlcə həmin kinoteatra rəsmi şəkildə şikayət olunub, həmyerlilərimizin narazılığı bildirilib. Daha sonra kinoteatrın qarşısında mitinq təşkil olunub. Kinoteatrın rəhbərliyi geriyə heç bir addım atmadığı üçün Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən etiraz mitinqi təşkil olunub. Əlliyə yaxın soydaşımızın etiraz etdiyi aksiyada filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda, şəhər sakinlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məlumat xarakterli broşürlər paylanılıb.
Aksiyanın təşkilatçısı “Polşa Azərbaycanlıları Birliyi”nin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda, kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə keçirilən aksiya film bitənə qədər davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual