Primakova Bakıda yubley keçirmək rəzalətdir: MİLLƏTİ TƏHQİR ETMƏK OLMAZ
Turan
07:18 02.11.2019
Siyasət
797
"Yevqeni Primakov Rusiya siyasətinin ən tanınmış simalarındandır. Onun fəaliyyətinin ən qara səhifələri isə "Orta Şərq" siyasətinə aiddir". Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, şübhəsiz Rusiya siyasəti üçün Primakov dəyərli və əvəzolunmaz siyasətçi hesab olunmalıdır:
"Onun 90-illiyi münasibətilə Rusiya XİN qarşısında heykəlinin açılması bu ölkənin ona necə dəyər verməsinin göstəricisidir. Rusiya XİN –nin təşəbbüsü ilə qonşu ölkələrdə Primakovu anma günləri təşkil edilir. Bu tədbirin Azərbaycanda keçirilməsi isə sözün həqiqi mənasında böyük təəccüb doğurdu. 20 Yanvar faciəsinin təşkilatçısı olmuş bir şəxsin ölümündən sonra onun xatirəsinin zərəçəkmiş ölkə ərazisində yad edilməsi millətimiz adına təhqirdir. İndiyə qədər 20 yanvar hadisəsinə doğru dürüst siyasi qiymət verilməyib. Ola bilsin ki, Primakovun Rusiyada yüksək postlar tutması və kifayət qədər təsirli imkanlara malik olması səbəbindən onun barəsində obyektiv münasibət bildirmək mümkün olmayıb. Lakin ölümündən 4 il keçdikdən sonra hansısa qüvvələrin xalqımızın düşməni hesab olunacaq bir adamı yenidən gözümüzə soxması "5-ci kolon"un əzələ nümayişidir. Son bir neçə ildə Azərbaycan Prezidentinin ölkəmizin xarici təsirlərdən qorunması üçün atdığı addımlar nəhayət rusiyapərəst qüvvələrə də yetişib".
Analitikin fikrincə, parlamentdə və digər strukturlarda ölkəmizin maraqlarını Rusiya xeyirinə dəyişə bilən qüvvələr hələ də var:
"Prezident tərəfindən başladılan islahatlar daha intensiv və ardıcıl davam etməlidir və kimlərinsə buna mane olmasına imkan verilməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə