
Prokurorluq orqanlarında kağızdan istifadə minimuma endirilib
03:02 11.10.2024
Siyasət
501
Yeni nəsil kadrlar yetişir
Bu sahədə islahatlar sadəcə kadr islahatları ilə kifayətlənmir, eyni zamanda innovasiyaların tətbiqi də xüsusi diqqət çəkir
İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib. H.Məmmədov bildirib ki, prokurorluq orqanlarında 50 vakant ştat vahidi üzrə Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən növbəti 26-cı müsabiqə üzrə test imtahanında prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir.
H.Məmmədov əlavə edib ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə Ulu Öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən keçirilir: "2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89,1 faizini təşkil edir. Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında deyib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin təzahürlərindən biri də gənclərin dövlət orqanlarına işə qəbulunun müsabiqə yolu ilə tam aşkarlıq şəraitində şəffaf prosedurlarla aparılmasıdır. Fond rəhbərinin sözlərinə görə, prokurorluq orqanlarında dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənclər hesabına yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir:

“Müsabiqələr 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilir”.
Dünən prokurorluq orqanlarında işə qəbulla bağlı 25-cı müsabiqənin keçirildiyini xatırladan Ə.Nuriyev işə qəbul imtahanlarının bir neçə mərhələdən ibarət olduğunu deyib: “Birinci test mərhələsi, daha sonra da yazılı və şifahi mərhələ keçirilir. İndiyədək prokurorluq orqanlarında işə qəbulla bağlı keçirilən 26 müsabiqənin hamısında müşahidəçi qismində iştirak etmişəm. Proses şəffaf və obyektiv keçir. Müdaxilə imkanı yoxdur. İmtahana düşən bütün mövzularla bağlı materiallar əvvəlcədən iddiaçılara təqdim edilir”.
Ə.Nuriyevin fikrincə, müsabiqədə iştirak edən gənclərin sayının çox olması rəqabət mühitini genişləndirir, həm də bu sistemə qarşı inam və etimadın göstəricisdir: “İmtahanların şəffaf və obyektivliyinə inam olmasa, yüzlərlə gənc bu imtahanda iştiraka can atmaz. Dünənki imtahanda 50 vakant yer üzrə 331namizəd vardı. 6-7 namizədin bir vakant ştat üçün mübarizə aparması artıq böyük bir rəqabətdən xəbər verir. Prokurorluq orqanlarına işə qəbul imtahanlarının bu cür açıq və şəffaf keçirilməsi nəticəsində yeni nəsil prokurorların formalaşması, prokurorluq korpusunun tamamilə yenilənməsi kifayət qədər əhəmiyyətli bir haldır. Prokurorluq orqanlarına həyata keçirilən islahatlar sadəcə kadr islahatları ilə kifayətlənmir. Eyni zamanda innovasiyaların tətbiqi də xüsusi diqqət çəkir. Bu gün prokurorluq orqanlarında kağızdan istifadə minimuma endirilib. Bütün proseslər elektron sənəd üzərindən həyata keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə