"Putin hərbi məğlubiyyətə cavab olaraq nüvə qılıncını qaldıra bilər" - POLİTOLOQ
09:17 02.07.2023
Siyasət
439
"Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücum əməliyyatları hələ ilkin mərhələdədir, bu etapda Moskvanın nüvə silahının tətbiqi üçün siqnala basacağı barədə həyəcanlı bəyanatlar verilir. Belə bəyanatlardan biri ABŞ Prezidenti Co Baydenə aiddir, o, Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirilməsi fonunda Kremlin düyməyə basa biləcəyinə eyhamlar vurub".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirir ki, Ukraynanın əks-hücum əməliyyatlarının miqyası genişlənsə, Rusiyanın ilhaq etdiyi ərazilərdəki müdafiə qabiliyyəti sarsıla bilər, üstəgəl Kiyev Krımı da zərbə altında saxlamağa qərarlı olduğu müddətdə Moskva üçün qırmızı işıqlar yanmağa davam edəcək:
"Rusiyanın döyüş meydanında əks-hücumların ağırlığı altında əzilmə ehtimalları belə narahatlıqları artırır. Çünki qorxu var ki, Rusiya Prezidenti Vladimir Putin hərbi məğlubiyyətə cavab olaraq nüvə qılıncını qaldıra bilər".
A. Kərimov vurğulayır ki, Qərb koalisiyası indi çətin taktiki seçim qarşısındadır, bir tərəfdən Ukraynanın qalibiyyəti üçün xərclənən vəsaitlərin bəhrə verməsini gözləyərkən, digər tərəfdən iqtisadi sıxıntılara məruz qalır, başqa yandan isə Rusiyanın nüvə şantajlarının real ölçülərindən çəkinir. Bu, strateji lövhələrə də təsirlərini göstərir:
"Strateji miqyasdakı qalibiyyət və ya məğlubiyyəti təyin edəcək faktorlardan biri nüvə fəlakətidir, bu baxımdan NATO həlledici qərar vermək çağırışı ilə rastlaşıb – görəsən Rusiya Ukraynanı nüvə bombaları ilə zərbə altına qoysa, Alyans buna cavab verməlidirmi?
NATO-nun Rusiyaya adekvat zərbələri üçün resursları var, ancaq Qərbin Moskva ilə nüvə konfrontasiyasına getməməsi bəşəri təhlükələr prizmasından başadüşüləndir.
Ən çətin xətdə qalan Ukraynadır, indi əks-hücum əməliyyatları elə təşkil olunmalıdır ki, bu nüvə eskalasiyasına gətirib çıxarmasın. Hərçənd Kiyev Rusiyanın öz ərazisi hesab etdiyi torpaqlarını da geri qaytarmağa qətiyyət göstərir, lakin ortada nəticə yoxdur.
Rusiyanın da nüvə zərbələri ilə əlaqədar narahatlıqları var, çünki, belə bir ssenariyə gedəcəyi təqdirdə konkret hansı nəticələrlə qarşılaşacağını bilmir.
Yəni, Kremldə düşünürlər ki, Rusiyanın geniş nüvə seçimlərinə malik olmasına baxmayaraq, Moskvanın nüvə məcburiyyətini həyata keçirmək qabiliyyəti fəsadlarla üzləşə bilər.
Ona görə də, Rusiya cari vəziyyətdə Ukraynanın əks-hücum əməliyyatlarına qarşı başqa əlavə ekstremal tədbirlər görməyi məqsədəuyğun sayır".
Analitik onu da qeyd edir ki, Rusiyanın nüvə ehtiyatlılığı Qərbdə arxayınlıq yaratmır, əksinə Kremlin nüvə trayektoriyası üzrə var-gəl etməsi diqqətlə və həssaslıqla izlənilir:
"Bilinən budur ki, Rusiyanın nüvə təhdidlərinin həqiqi olub-olmadığını müəyyən etmək üçün konkret bir yol yoxdur. Lakin Qərb ən azından Moskvanın nüvə şantajı texnikasının uğur qazanmasına imkan verməməyə cəhd edir. Nəticə çıxarsaq, qeyd edə bilərik ki, Rusiyanın nüvə əməliyyatları planlarına əhəmiyyətli şəkildə əks-təsir göstərən məqamlar olsa da, Kremldən gələn təhdid masadan qalxmayıb.
Rusiya Ukraynanın kritik hərbi və mülki infrastrukturlarını hədəfə almaq üçün istifadə olunacaq silah arsenalını təkmilləşdirmək istəyəcək. Ukrayna isə Krıma həlledici zərbələr endirə biləcək potensiallar axtarır, bunun hansı həddində Rusiyanın qırmızı xətlərini tapdalaması isə hələ də aydın deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol