Putin Paşinyanı Moskvaya çağırıb: Koçaryanın həbsi Nikolun ziyanına işləyir - ŞƏRH
Turan
08:28 10.10.2019
Siyasət
806
Ermənistanın baş naziri Nikol Paşinyan üçün keçmiş prezident Robert Koçaryanı həbsdə saxlamaq nüfuz artırma rolunu oynayır. Ona görə də onunla bağlı məhkəmənin qərarı hələ də uzadılır. Xocalı soyqırımının həmmüəllifi Koçaryan Ermənistan hökumətinin Rusiya ilə alveri üçün də lazımdır. Onu Moskvaya daha baha satmaqdan ötrü Paşinyan sabiq prezidentin həbs müddətini uzadır. Vəkillər isə Koçaryanın səhhəti ilə bağlı “həyəcan təbili çalırlar”.
Düşmən ölkə daxilində cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan vurğulayıb ki, Koçaryanın həbsdə saxlanılması artıq Paşinyanın nüfuzunun artmasının ziyanına işləyir.
Ekspertin sözlərinə görə, oktyabrın 9-da keçmiş prezidentin cərrahiyyə əməliyyatı keçirdiyi barədə məlumatlar yayılıb:
“Onun son 9 gündə üç dəfə müayinədən keçirildiyi bildirilir. Həkimlər əməliyyatdan sonra Koçaryanın sağlıq durumunun normal olduğunu bildirsələr də, səhhətindəki problemlə bağlı açıqlama verməyiblər. Barəsində həbs-qətimkan tədbiri seçilən və həbsxanada olan şəxsin səhhəti ilə bağlı məsələ bir qayda olaraq müxtəlif ehtimalların yaranmasına səbəb olur. Koçaryanın səhhəti ilə bağlı vəkilləri bir müddətdir hay-küy salıblar. Onların dediklərindən belə başa düşmək olur ki, vəziyyəti çox ağırdır və onun həbsdə saxlanılması sağlığı üçün risklidir. Bunu hüquqşünaslar vəkil oyunu da sayırlar. Onların əsas hədəfi keçmiş prezidentin zaminə buraxılmasına nail olmaqdır. Cərrahiyyə əməliyyatından sonra onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi mümkün ola bilər. “Cərrahiyyə əməliyyatı"nın Rusiya Prezidenti Vladimir Putinin səfərindən sonra keçilməsi isə siyasi alver üçün atılmış addım kimi dəyərləndirilir. Yayılan xəbərlərə görə, Putin Paşinyanı Moskvaya çağırıb. Paşinyanın Rusiyaya özü ilə Koçaryan dosyesini də aparacağı ehtimalı az deyil”.
Analitik bildirib ki, keçmiş prezidentin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilir və müraciətlər edilir:
“Koçaryan mövcud hakimiyyətə qarşı mübarizə aparmağa hazır olduğunu bildirib. Ancaq keçmiş prezident müxalifətini hələ formalaşdıra bilməyib. Ermənistanda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcəyi barədə məlumat yayılmışdı. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənilir. Robert Koçaryan bu məlumat yayılmazdan bir müddət əvvəl verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. “Cərrahiyyə əməliyyatı” Koçaryanın aksiyalarının bir az ləngiyəcəyini deməyə əsas verir”.
S.Soltan vurğulayıb ki, belə qeyri-müəyyən vəziyyət Ermənistan iqtisadiyyatına ciddi ziyan vurur:
“Bu ölkəyə sərmayə qoymaq riski qalır. Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsi göstərilir. Nikol Paşinyan xarici sərmayə cəlb olunmadığı üçün səfirliklərini tənqid edib və onların işindən narazılığını bildirib. Paşinyan səfirlərə deyib ki, “Əgər bu nəhəngləri Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandıra bilməmisizsə, onda nəyə lazımsız?”. Beləliklə, Koçaryanın həbsdə saxlanılması hər istiqamətdə Paşinyan və Ermənistanın ziyanına işləyir. Rusiyanın ölkəyə sərmayə qoymasına mane olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya