“Qanunverici orqandakı islahatlar müsbət nəticə verəcək” - Deputat
Turan
08:26 11.03.2020
Siyasət
778
Nəsib Məhəməliyev:“Ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcək”
“VI çağırış Milli Məclisin ilk iclası format və məzmun baxımından əvvəlkilərdən kəskin şəkildə fərqlənirdi”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Prezident çıxışının əvvəlində 5- ci çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi. Bu da Ali Rəhbərin öz komandasının üzvlərinin keçmiş fəaliyyətinə verdiyi xeyirxahlıq jesti kimi qəbul olunmalıdır:
“Prezident tarixi çıxışında Azərbaycanın gələcək inkişafını təmin etmək, əhalini narahat edən problemləri operativ həll etmək, vətəndaş məmnunluğunu təmin etmək üçün qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı. Etiraf etmək lazımdır ki, əvvəlki çağırış deputatların qaldırdıqları bir çox məsələlərə ayrı-ayrı məmurlar tərəfindən qanuna uyğun reaksiya verilmir. Yaxud yumşaq desək, qulaqardına vurulurdu. Bu da nəticə etibarı ilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqları məsələlərə ciddi yanaşmağı tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda ən effektiv praktika hesab olunur. Düşünürəm ki, Prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir”.
Deputat vurğulayıb ki, Prezident hər zaman olduğu kimi, bu dəfə də necə uzaqgörən, peşəkar bir dövlət xadimi olduğunu sübut etdi:
“Parlamentin rəhbərliyi tamamilə dəyişdi. İlk dəfə olaraq müxalifət partiyalarının nümayəndələri həm parlament, həm də komitə rəhbərliklərində təmsil olundular. Parlamentə düşən və ya düşməyən müxalifət partiyaları ilə Prezident Administrasiyası arasında dialoq mühiti yaradıldı. Hörmətli Sahibə xanım Qafarovanın spiker seçilməsi isə, müasir dünyada gedən proseslərlə ayaqlaşmaq və Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir. Xarici ölkələrdən və daxildən gələn müsbət reaksiyalar əminlik yaradır ki, Prezidenti İlham Əliyevin islahatları digər sahələrdə olduğu kimi qanunverici orqanda da öz müsbət nəticələrini verəcək. Ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə