"Qarabağ klanı"nı dirçəltməyə kökləniblər
00:45 24.06.2021
Siyasət
682
"Rusiya çalışacaq ki, Qarabağda revanşist qüvvələrin siyasi bazasını, dayağını artırsın"
"Rusiya Ermənistanda ayrı, Qarabağda ayrı oyun aparacaq".
Bunu "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. O qeyd edib ki, Ermənistanda Rusiyanın hələlik manevr imkanları nə qədər heçə ensə də, Qarabağda bir o qədər mümkün görünür:
"Siyasi proseslərin aktiv nöqtəsinin Qarabağa keçməsi Rusiyanın yenidən bu proseslərlə Ermənistan və Azərbaycanı nəzarətdə saxlamaq cəhdi kimi baxılmalıdır. Rusiya Ermənistanda özünü guya siyasi proseslərə qarışmayan kimi göstərməklə eynən Qarabağda da bu prosesləri onun iradəsindən kənar baş verdiyi görüntüsünü yaratmağa çalışır. Rusiya çalışacaq ki, Qarabağda revanşist qüvvələrin siyasi bazasını, dayağını artırsın.
Sonra isə güclənmiş Qarabağ klanını yenidən Ermənistana təzyiq edə biləcək gücə çatdırsın. Bunun üçün isə bu qüvvələrin Qarabağda yenidən hakimiyyətə gətirilməsi üçün çalışacaq".
A.Qasımov vurğulayıb ki, bu qüvvələrin güclənməsi üçün Qarabağda hansısa uğurlar əldə edilməlidir:
"Bu, siyasi və ya hərbi uğurla yanaşı iqtisadi uğurun da əldə edilməsi ilə mümkündür. İqtisadi uğur Rusiya və dünya erməniliyinin hesabına nisbətən mümkün kimi görünsə də, hərbi və siyasi uğur üçün heç bir zəmin yoxdur. Azərbaycanın hərbi gücü hər zaman buna layiqli cavab verməyə hazırdır. Təbii olaraq Ermənistan hakimiyyətinin də bu qüvvələrlə mübarizə aparacağı gözləniləndir. Azərbaycan imkan verməməlidir ki, Rusiya Qarabağ ermənilərindən öz məqsədləri üçün istifadə etsin. Bunun üçün belə cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm