"Qarabağ klanı"nın məğlubiyyəti gizlinləri ortaya çıxarır
Turan
06:15 24.06.2021
Siyasət
659
"Yeni faktların, ağlasığmaz cinayət növlərinin şahidi olacağıq"
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanı əsirlərin geri qaytarılması prosesini “torpağa gömməkdə” günahlandırıb. Qriqoryan hesab edir ki, Ermənistan xarici işlər naziri həmkarlarına yalan danışıb və Nikol Paşinyanın komandasına qarşı işləyib: “27 mayadək əsirlərlə bağlı məsələ həll edilmədi. Ayvazyan tərəfdaşlarımıza onsuz da təhvil verdiyimiz minalanmış sahələrin xəritələrinin olmadığını söylədi. Və istefa edəndə bu məsələ həll edildi”. Onun sözlərinə görə, Ayvazyan nəinki yalan danışıb, həm də əsirlərin geri qaytarılması prosesini əngəlləyib.
Qriqoryanın fikrincə, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və yalnız baş nazir səlahiyyətlərini icra edən şəxsin siyasi komandası üçün problem yaratmağı hədəfləyib: “Sizdə belə sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı, amma istefa edəndə həll olundu”. Səlahiyyətlilər əsirlərin geri qaytarılması üçün minalanmış ərazi xəritələrini yenə təhvil verəcəkmi” sualına Qriqoryan “Ermənistan rəhbərliyi istənilən konstruktiv hərəkətə eyni şəkildə cavab verməyə hazırdır” cavabını verib.
Xatırladaq ki, mayın 27-də nazir Ara Ayvazyan Nikol Paşinyan Azərbaycanla təmas xəttində vəziyyəti sabitləşdirmək planını elan etdikdən sonra istefa verib. Bundan sonra, erməni mətbuatı Xarici İşlər Nazirliyində gözlənilən kütləvi istefalar haqqında məlumat yayıb. Xarici işlər nazirinin müavinləri də vəzifələrini tərk ediblər.
Ayvazyanla bağlı iddiaları “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev hesab edir ki, Ermənistanda parlament seçkiləri “Qarabağ klanı”nın məğlubiyyəti ilə bitdikdən sonra bu qruplaşmanın çoxlu cinayətləri üzə çıxacaq. Partiya təmsilçisinin sözlərinə görə, Koçaryan-Sarkisyan cinayət şəbəkəsinin əməlləri araşdırılsa, yeni faktların, ağlasığmaz cinayət növlərinin şahidi olacağıq:
“Bu günlərdə erməni fəal Roman Baqdasaryan işğal altında olan torpaqlarımızda qəbirlərimizin baş daşlarının sökülərək Yerevana daşınmasını pisləyən bəyanatla çıxış etmişdi. 30 il müddətdə davam edən işğal zamanı “Qarabağ klanı”nın törətdiyi cinayətlərdən birincisi şəhər və kəndlərimizin talan edilərək yerlə-yeksan olunmasıdır. İnsanlığın mövcud olduğu dövrlərdə tarix bu miqyasda dağıntı və vəhşiliklə üzləşməyib. Bu azmış kimi bütün Qarabağa 100 minlərlə mina basdırılıb. Əslində insanlığa qarşı cinayət törətmiş şəbəkənin Qarabağda vəziyyətin normallaşmasını istəməməkdə öz “arqumentləri” var. Proses normallaşarsa, Ermənistan stabil dövlət statusu alarsa, sözsüz ki, yeni rəhbərlik və xalq törədilmiş cinayətlərin hesabını soruşacaq”.
V.Əfəndiyev vurğulayıb ki, Vətən müharibəsinin ikinci həftəsində Paşinyan hərbi əməliyyatları dayandırmaq üçün cəhdlər etsə də, Sarkisyan hakimiyyətinin tör-töküntüləri ümidlə Rusiyadan dəstək gözləyərək müqavimət göstərməyin tərəfdarı kimi çıxış etmişdilər:
“Sabiq xarici işlər naziri Ara Ayvazyanın minalanmış xəritələri təhvil verməməsi və erməni hərbçilərini geri almaqda maraqlı olmaması ilə bağlı ittihamlar deməyə əsas verir ki, erməni cəmiyyəti bu cinayətkar şəbəkəni cəzalandırmaq üçün hərəkətə keçiblər. Yaxın həftələrdə Paşinyan yeni hökumət formalaşdıracaq və bu hökumət birmənalı olaraq ruspərəst qüvvələrdən təmizlənəcək. Ermənistanın gələcəkdə dövlət olaraq varlığını sürdürmək üçün yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlığından asılı olduğunu Paşinyan da çox gözəl anlayır. Ona görə də Paşinyan və tərəfdarları “Qarabağ klanı”nı mümkün qədər çox ifşa edərək onları birdəfəlik Ermənistanın siyasi arenasından silməyə cəhd edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm