"Qarabağda baş verənlər siyasi müstəvidə Azərbaycanın xeyrinədir" - Aktual
13:03 28.06.2023
Siyasət
483
"Azərbaycan ordusunun Qarabağda separatçıların təxribatına cavab addımları nəticəsində erməni terrorçular məhv edilib.
Separatçıların Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi vaxt təxribata əl atması “reinteqrasiya mümkün deyil”, “Azərbaycan ermənilərə hücum edir” görüntüsü yaratmağa hesablandığı bəllidir. Bakı isə cavab tədbirləri ilə ümumiyyətlə separatçıların “tərəf” edilməsi məsələsini qəbul etmədiyini, eyni zamanda, ABŞ-ın dəstəklədiyi reinteqrasiyasını pozanların kim olduğunu göstərdi".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspertin sözlərinə görə, Azərbaycan separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürmüşdü, bunu Vaşinqton dəstəkləmişdi:
"Azərbaycan Prezidenti İlham Əliyev amnistiya istəyinin beynəlxalq danışıqlarda gündəmə gəldiyini deyirdi, istisna deyil ki, məsələnin bu cür qoyuluşunu istəyənlərdən biri də ABŞ olub. Vaşinqton danışıqları vaxtı Qarabağda baş verənlər Bakıya imkan verir ki, ABŞ administrasiyasına separatçıların amnistiya istəmədiyini və mümkün antiterror əməliyyatlarının həm də Vaşinqtonun gündəliyinə uyğun olduğunu izah etsin. Bu baxımdan, Qarabağda baş verənlər siyasi müstəvidə də Azərbaycanın xeyrinədir.
Erməni terrorçuların Ağdərə və Xocavənddəki mövqelərinə zərbələrin endirilməsi isə hərbi müstəvidə mümkün perspektivi ön plana çıxarır: qanunsuz erməni silahlı dəstələrinin mövqeləri əsasən bu bölgədədir, onların çıxarılması öhdəliyi icra edilmirsə, Bakının praktiki addımları xüsusilə bu istiqamətdə ola bilər; bu istiqamətdə mümkün praktiki addımlar Xocalının nəzarətə götürülməsinin də yolunu aça bilər.
Separatçıların reinteqrasiyanın önünü kəsməsi, amnistiyadan imtina etməsi və təxribatları genişləndirməsi Qarabağ məsələsində artıq diplomatların yox, hərbçilərin danışmasını zərurətə çevirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol