Qazaxıstan Yaxın Şərqə qapılar açır
Yusif Nəzərli
09:21 19.07.2023
Siyasət
327
Qazaxıstan və Səudiyyə Ərəbistanı arasında münasibətlər çoxdan dövlətlərarası çərçivədən kənara çıxıb. Onların açıq regional və hətta beynəlxalq əhəmiyyəti var, çünki hər iki ölkə planetar miqyasda enerji siyasətinin fəal iştirakçılarıdır. Bununla yanaşı, enerji daşıyıcılarının qiymətləri, dünya neft bazarındakı ümumi vəziyyət iki ölkənin qarşılıqlı fəaliyyətindən çox asılıdır.
Bu baxımdan Qazaxıstan prezidenti K.J.Tokayevin Səudiyyə Ərəbistanı Krallığına (KSA) səfərinə maraq olduqca böyükdür.
Bir il əvvəl, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan prezidenti artıq Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər etmiş, səfər zamanı ölkə rəhbərliyi ilə mühüm danışıqlar aparılmış, məqsədyönlü sazişlər imzalanmışdır. Ticarət dövriyyəsinin artırılması, turizm potensialının inkişaf etdirilməsi, o cümlədən mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi mühüm razılaşmalarını tərkib hissəsi idi.
Səfər nəticəsində Qazaxıstan və Səudiyyə Ərəbistanı arasında 2022-ci il üçün ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90,5% (təxminən iki dəfə) artıb.
Qeyd edək ki, bu ilin iyun ayında Qazaxıstan və Səudiyyə Ərəbistanı yanacaq-energetika kompleksi sahəsində neft və qaz, elektrik enerjisi, bərpa olunan enerji mənbələri, “təmiz” hidrogen kimi sahələrdə əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. Xüsusilə Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Jetısu regionunda külək elektrik stansiyasının tikintisinə 1,5 milyard dollar sərmayə qoymaq niyyətindədir ki, bu da Səudiyyə Ərəbistanının Qazaxıstanın enerji sektoruna ən böyük sərmayəsi olacaq.
Ölkələr arasında ikitərəfli dialoq təmasların yüksək intensivliyi ilə xarakterizə olunur. Üstəlik, ən yüksək səviyyədə dialoqla başlayıb, sənaye səviyyəsində dialoqla bitir. Təkcə onu qeyd etmək kifayətdir ki, ikitərəfli münasibətlər qurulandan indiyədək müxtəlif səviyyələrdə 85 qarşılıqlı səfər həyata keçirilib. Yuxarıda qeyd olunanlar müxtəlif sahələrdə investisiya əməkdaşlığının inkişafına da öz töhfəsini verir.
Səudiyyə Ərəbistanı təkcə neft və qaz yataqlarının kəşfiyyatı və birgə işlənməsində maraqlı deyil. Digər sahələrdə, xüsusən də kənd təsərrüfatında çoxlu perspektivlər açılır. Qazaxıstan Yaxın Şərq bazarlarında, o cümlədən Səudiyyə Ərəbistanında tələbat olan taxıl, ət və digər növ məhsullar üzrə aparıcı istehsalçılardan biridir.
Ukraynada davam edən müharibə kontekstində Səudiyyə Ərəbistanı Qazaxıstanı müxtəlif növ kənd təsərrüfatı məhsullarının və ilk növbədə ərzaq buğdasının etibarlı tədarükçüsü kimi görür.
Hazırda Qazaxıstan dünya bazarlarına ən böyük taxıl tədarükçülərindən biri olmaqla taxıl dövləti statusunu təmin edib. Ötən il Qazaxıstan 70-dən çox ölkəyə 8 milyon tona yaxın taxıl ixrac edib. Bundan əlavə, ölkə respublikadan kənara 2,5 milyon tona qədər un göndərməklə, onun ixracında lider mövqe tutur.
Səudiyyə Ərəbistanı da Qazaxıstan taxılının idxalçıları sırasındadır. İki ölkə arasında davam edən danışıqların mühüm aspekti Qazaxıstanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalının inkişafına Səudiyyə sərmayəsinin cəlb edilməsinin mümkünlüyüdür. Eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin iqtisadi əməkdaşlığı gücləndirəcəyi və Qazaxıstan məhsullarının ixracının həcmini artıracağı ehtimal edilir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tərəflərə davamlı logistika lazımdır. Astana və Ər-Riyad arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafı ölkələr arasında nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verdiyi üçün Avrasiyanın mərkəzi hissəsində tranzit, nəqliyyat və logistika imkanlarının şaxələndirilməsinə və genişlənməsinə də müsbət təsir göstərəcək. Xüsusilə, söhbət Qazaxıstanın əsas rol oynadığı, Çini Cənubi Qafqaz və Cənub-Qərbi Asiya ölkələri ilə birləşdirən Transxəzər marşrutundan gedir.
Ümumiyyətlə, dünyada və Avrasiya məkanında yaranan geosiyasi vəziyyəti nəzərə alaraq, K.J.Tokayevin Səudiyyə Ərəbistanı Krallığına qarşıdan gələn səfəri xüsusi önəm kəsb edir.
Beləliklə də Qazaxıstan Prezidentinin Ər-Riyada səfərinin iki ölkənin investisiya, iqtisadiyyat və ticarət sahələrində qarşılıqlı fəaliyyətinə müsbət təsir edəcəyi şübhəsizdir.
Famil Səmədov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm