Qənirə Paşayeva: "Qarabağ Azərbaycanındır, bu həqiqəti heç kim dəyişdirə bilməyəcək"
Ayyət Əhməd
09:17 07.10.2019
Siyasət
728
Millət vəkili Qənirə Paşayeva Özbəkistanda keçirdiyi görüşlərdə, o cümlədən, tarixi Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb. Sherg.az-ın xəbərinə görə, millət vəkili Özbəkistan ziyalılarına və gənclərinə çağırış edib.
Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını qeyd edib:
"Qarabağ münaqişəsinə, təcavüzkarlıq siyasətinə görə, Özbəkistanın dünyanın 3-4 ölkəsindən biridir ki, Ermənistanla bu günə qədər də diplomatik münasibətlər qurmayıb. Qardaş və dost Özbəkistan daim Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini verib, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözümü mövqeyindən çıxış edib. Qarabağ Azərbaycanın tarixi və əzəli ərazisidir, heç kim, heç nə bu həqiqəti, gerçəkliyi dəyişdirə bilməyəcək".
Millət vəkili həmçinin, Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyib:
“Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə etməsinə nail olmaqdır. Mən onu da deyim ki, ermənilər eyni zamanda Özbəkistanda da dəhşətli faciələr törədiblər. Ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir. Gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik".
Q.Paşayeva yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şairlərinə, yazıçılarına və aydınlarına təşəkkürünü bildirib:
"Qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlər görüləcəyinə inanıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya