
Qərbin dəyişən münasibəti - ŞƏRH
23:17 23.07.2024
Siyasət
348
Açıq-aydın hiss edirik Qərbin bir sıra dövlətlərinin Azərbaycana qarşı münasibəti yaxşılığa doğru dəyişib
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı iştirakı hələ də siyasi və sosial dairələrin diqqət mərkəzindədir. Dünya mediasının aparıcı nümayəndələrinin ölkə başçısına ünvanladıqları suallar və bu çərçivədə praqmatik həll yollarının dilə gətirilməsi Prezident İlham Əliyevin lider kimi bacarıq və keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Əcnəbi media nümayəndələri Azərbaycan həqiqətlərini, ölkəmizin müasir reallıqlarını öz gözləri ilə gördülər. Eyni zamanda Forum vasitəsilə mədəniyyət paytaxtımız Şuşadan növbəti dəfə dünyaya önəmli mesajlar verildi. Forumda bir çox məsələlər ətrafında ölkə başçısı konkret fikirlər səsləndirdi. Prezidentin Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verənlərlə bağlı bəyanları beynəlxalq məkanda diqqət mərkəzində oldu. Dövlət başçısı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır və gündəlik həyatımıza çevrilir. Vurğulandı ki, artıq Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Bəyan edildi ki, biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Diqqətimizi xalqımıza, ölkəmizə yönəldirik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermirik. Forumda həmçinin Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildiyi bildiridi. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, cənab Prezidentin də Forumda qeyd etdiyi kimi, əvvəlki dövrlə müqayisədə Qərbin bir sıra dövlətlərinin Azərbaycana qarşı münasibəti dəyişib. Deputatın sözlərinə görə, Qərbin yanaşmalarında müəyyən yumşalmaları açıq-aydın hiss edirik:

"Bunun bir çox səbəbləri var. Birinci səbəbi odur ki, cənab Prezidentin qətiyyəti nəticəsində Azərbaycan qələbəsini təmin edib. Sonrakı illərdə Azərbaycan dövlət başçısının rəhbərliyi ilə çox fəal diplomatiya həyata keçirdi. Həm beynəlxalq tədbirlər, həm ölkəmizdə keçirilən forumlar, konfranslar çərçivəsində davamlı aparılan təbliğat nəticəsində ölkəmizə baxış və yanaşma dəyişdi. Azərbaycan öz addımları və fəaliyyəti ilə, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri nəticəsində bütün dünyaya göstərdi ki, Azərbaycan səmimidir və dövlət başçısı İlham Əliyevin sözü imzasıdır. Biz söz verdiyimiz hər bir işi zamanında yerinə yetiririk. Azərbaycanın bütün addımları səmimidir, məsuliyyətlidir".
Parlamentari bildirib ki, Ermənistandan fərqli olaraq biz qərəzli deyilik, yanaşmalarımız tamam fərqlidir:
"İrəvan hökuməti kimi riyakar siyasət yeritmirik. Azərbaycan qarşılıqlı hörmət əsasında addımlar atır. Baş verən proseslərdə ən birinci günahkar Ermənistan özüdür. Bəzi dövlətlərin Azərbaycana qərəzi davam etməkdədir. Ümid edirik, zamanla onların da bizə yanaşması müsbətə doğru dəyişəcək. Onlar da Azərbaycanın yaratdığı reallığı qəbul edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya