Qriboyedovun heykəli qalmaqalı: Paşinyan və komandası faşist Njdenin tərbiyəsini alıblar
Turan
07:28 04.12.2019
Siyasət
659
“Rus yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilməsi erməni gəncliyinin faşizm ruhunda tərbiyə edildiyini bir daha sübut edir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Njdeni müdafiə edib, ondan sovet xalqlarının xilaskarı obrazını yaratmağa cəhd göstərməsi də bu tərbiyənin nəticəsidir:
“Onun partiyasının nümayəndəsi isə özünü bir faşistin davamçısı sayaraq ermənilərin Qafqazda torpaq sahibi olmaları üçün canından keçmiş rusiyalının abidəsinə qarşı təhqiredici addım atır. İstər Şaqen, istərsə də Paşinyan və onun komandası faşist Njdenin tərbiyəsini alıblar. Nəticə etibarilə aldıqları bu milli tərbiyə onların başqalarını sevməsinə problem yaradır. Baş verən hadisəni isə Ermənistan parlament sədrinin müavini Alen Semonyan ört-basdır etməyə cəhd götərib: “Bu adam Qriboyedovun kim olduğundan, nə iş gördüyündən belə xəbərsizdir”. Təbii ki, erməni xalqını torpaq sahibi edən bir insanı deputatın köməkçisi olmuş bir nəfərin tanımaması inandırıcı deyil. Njdeni tanıyan Qriboyedovu çox yaxşı tanıyar. Parlamentin sədr müavininin ona bəraət qazandırmaq cəhdi isə çox gülünc və uğursuz açıqlamadır”.
Siyasi şərhçinin sözlərinə görə, hər halda Şaqen Arutunyanın hərəkətindən belə çıxır ki, Qriboyedov və onun Rusiyası artıq ermənilərə lazım deyil. Bu səbəbdən onun heykəlini təhqir etmək olar:
“Ancaq o, ermənilərin həyatında daha böyük rol oynayıb. Njde bu xalqı düşmənçilik rurhunda tərbiyə edərək zəhərləyib. Qriboyedov isə bəhs etdiyimiz etnik qrupun başqasının torpağını mənimsəməsində başlıca rol oynayıb. Heykəlin təhqir edilməsi ermənilərin “çörəyi dizinin üstündə olan” xalq olması ilə bağlı başqa tarixi hadisələri də yada salır. Erməni etnik qrupu tutduğu mövqedən asılı olmayaraq, istənilən vaxt yemək yediyi “boşqaba tüpürə bildiyini” göstərir. Onlar nankorluq etməyi çox asanlıqla bacarırlar. Ən münbit şərait üçün himayədarlarını belə qurban verirlər. Çünki onlar Njdenin ideyaları əsasında tərbiyə edilirlər. İndiki Ermənistan üçün torpaq əldə edən Qriboyedovun heykəlinin təhqir edilməsi bunu bir daha təsdiqləyir”.
Qeyd edək ki, dekabrın 2-də İrəvanda tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilib. Bu hadisəni Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri, faşist əlaltısı Njdenin ideologiyasının davamçısı Şant Arutunyanın oğlu, milliyyətçi olaraq tanınan Şaqen Arutunyan törədib. O, əvvəlcə “Facebook” səhifəsində belə yazıb: “Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə