Rafael Cəbrayılov deputatlıqdan istefa verdi
Ayyət Əhməd
08:16 30.09.2019
Siyasət
813
Milli Məclisin deputatı Rafael Cəbrayılov istefa verib. Sherg.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bu haqda məlumat verilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, R.Cəbrayılov özü müraciət edərək, mandatından məhrum edilməsini istəyib.
Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası son qərar qəbul edəcək.
R. Cəbrayılov müraciətində bildirib ki, həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.
Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
R.Cəbrayılov 2015-ci ildən bəri ancaq qalmaqallarla, ona məxsus tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib. Bundan az əvvəl Bakı sakini Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər.
Deputatla qardaşının “Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.
Mirəhməd Abbasov deputat Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək, sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olub, digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadıb. Onun 165 min manat pullarını mənimsəyib.
Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub.
Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək, məhkəməyə müraciət etmişdi.
14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı.
Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb.
Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. Belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya