ReAL uğur hekayəsi yazmaq istəyir: Koalisiyanın namizədləri arasında müstəqil şəxslər də olacaq
Turan
07:43 13.12.2019
Siyasət
732
“Siyasi bağlılığı və ideoloji çərçivələri olmayan dəyərli insanların çağırışları cəmiyyət tərəfindən müsbət qarşılanır”. Bunu Sherg.az-a açıqlamasında ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Partiya təmsilçisi bildirib ki, bu ideya bir neçə ay öncə ReAL tərəfindən müzakirəyə çıxarılıb:
“Cəmiyyətdə kifayət qədər tanınan, amma heç bir partiyanın üzvü olmayan şəxslərlə müxtəlif görüşlərimiz olub. İdeyamızı onlara çatdıranda çox pozitiv münasibət və reaksiya gördük. Ona görə də növbəti parlament seçkilərində belə bir koalisiyanın yaradılmasına qərar verdik. Sadəcə növbədənkənar seçki qərarının verilməsi və seçkinin 2020-ci ilin 9 fevralına təyin olunması işimizi daha da sürətləndirdi. Məqsədimiz odur ki, təkcə ReAL üzvləri ilə deyil, cəmiyyətdə tanınmış müstəqil şəxslərlə birgə koalisiya quraq və ictimaiyyəti seçkilərə daha çox kökləyək. Düşünürük ki, insanları seçkiyə dəvət etmək üçün bu, ən uyğun metoddur”.
Təşkilat rəsmisinin fikrincə, bununla seçkilərə maraq artacaq, həm də ReAL-ın çevrəsi daha da genişlənəcək:
“Bu, Azərbaycanın siyasi tarixində bir ilkdir. Məncə, çox yaxşı bir örnəkdir və uğur hekayəsi yaradılması üçün yaxşı şansdır. Əgər parlament seçkisində koalisiyamız ciddi uğur qazansa, ölkədəki siyasi vəziyyətin sabitləşməsinə, sivilləşməsinə, siyasi diskusiyaların mədəni formaya keçməsində ciddi rol oynayacaq. Sayımız kifayət edəcəyi təqdirdə parlamentdə də həmin adla birliyimizi davam etdirəcəyik. İnanırıq ki, bu koalisiya iqtidar-müxalifət münasibətlərinin sağlamlaşmasına xidmət edəcək bir formata çevriləcək”.
N.Cəfərlinin sözlərinə görə, heç bir partiyanın üzvü olmayan, amma ictimaiyyətdə kifayət qədər tanınan, hörmətli, sözü keçən, fikir istehsal edən şəxslər müxtəlif səbəblərdən ayrıca siyasi təşkilata qoşulmurlar:
“Onlar partiya strukturunda təmsilçiyin effektlivliyinə inanmırlar. Ona görə də müstəqil ictimai-siyasi fəaliyyət göstərməyi daha üstün tuturlar. Biz bu tipli insanlara böyük hörmətlə yanaşırıq. Çünki belə adamlar cəmiyyətin vicdan səsinə çevrilirlər”.
Qeyd edək ki, Respublikaçı Alternativ Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçki bloku şəklində iştirak edəcək. Bu barədə dekabrın 11-də keçirilən mətbuat konfransında partiyanın lideri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, blok “Real Cümhuriyyətçilər İttifaqı” adlanacaq. Bloka partiya üzvləri, eləcə də müstəqil namizədlər daxil olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə