Region çalxalanır: ABŞ-İran müharibəsi qaçılmaz görünür - ŞƏRH
Turan
10:07 03.01.2020
Siyasət
1241
İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri, azərbaycanlı general Qasım Süleymani öldürülüb. Əmr Pentaqon, daha doğrusu birbaşa ABŞ prezidenti Donald Tramp tərəfindən verilib. General Bağdad hava limanının raketlərlə atəşə tutulması nəticəsində qətlə yetirilib. İranın ali dini rəhbəri Seyid Əli Xameneyi generalın qisasını ABŞ-dan alacaqlarını deyib.
Ekspertlərə görə, İranın xarici siyasətinin əsas fiquru, düşünən beyni, xarici əməliyyatların əsas kuratoru, SEPAH-ın Qüds komandanı - Qasım Süleymanin məhvi regionda gərginliyi daha da artıracaq.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, general Qasım Süleymanini öldürülməsi İraqda və Suriyada İranın qolunun qırılması deməkdir:
"İiki gün əvvəl "Hasdi - Sabi" qüvvələri İraqdakı ABŞ səfirliyinə basqın edib, yandırdılar. Diplomatlar son anda köçürüldü. Bu sadəcə açıq şəkildə İran - ABŞ müharibəsinin başlanması deməkdir".
Analitik Kamran Sultanlı da vurğulayıb ki, Qasım Süleymani İranın əsas beyni idi. O həm də İranın “Şiə hilalı” lahiyəsinin əsas kuratoru idi:
"Süleymani İraqda "Haşdi-Şabi", Suriyada Hizbullahın əməliyyatlarına İrana bağlı şiə milislərinin təşkil edilməsinə nəzarət edirdi. Vaxtilə Əfqanıstanda Talibana qarşı ABŞ-la əməkdaşlıq etmişdi. Süleymani İraqda İran təsirinin artmasında böyük rol oynayırdı. "Zülfüqar" ordeni ilə təltif edilən yeganə hərbiçi idi. Ancaq Trampın ötən il SEPAH-ı terror təşkilatı elan etməsi artıq İran-ABŞ gərginliyini artıracaq faktor idi. Üstəlik bu həm də SEPAH-ın əsas beyni olan Süleymaninin də hədəf olması anlamına gəlirdi. Böyük ehtimal bu dəfə də, İraqda hansısa əməliyyatı planlayıb və qarşısı alınıb. İran da ABŞ-ın Mərkəzi Komandanlığı olan CENTCOM-u terror təşkilatı kimi tanıyıb. Belə olan halda şiə gücləri və İrana bağlı qüvvələr bölgədə olan Amerika qüvvələrinə hücum edə bilər. Regionda gərginlik artar. Xüsusilə İraqda stabillik lap pis pozula bilər. Bu addım Trampın reytinqinə yüksək təsir edəcək. Çünki Süleymani İran üçün olduqda önəmli fiqur idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya