Rəsmi Bakı Lefkoşa ilə bağlı ciddi strateji addımlar atacaq -ŞOK DETALLAR
Yusif Sultanoğlu
11:16 11.06.2024
Siyasət
606
Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) münasibətləri, rəsmi olaraq diplomatik əlaqələr qurulmasa da, dostluq və əməkdaşlıq ruhunda inkişaf edir. Azərbaycan və ŞKTC arasındakı münasibətlərin əsasını Türkiyə ilə olan sıx strateji tərəfdaşlıq təşkil edir. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqi və qardaş ölkəsidir və bu çərçivədə ŞKTC ilə də dostluq əlaqələri saxlanılır. Tərəflər arasında qeyri-rəsmi səviyyədə əlaqələr mövcud olsa da, hazırda Azərbaycan rəsmi olaraq ŞKTC-ni tanımayıb. Lakin, Azərbaycan bu məsələdə beynəlxalq hüquq və BMT prinsiplərini nəzərə alır.
Qeyd edək ki, 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a açıqlamasında bildirib ki, bir dövlətin tanınması beynəlxalq hüquqla tənzimlənir:
"Beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü olmaq əsas şərtdir. Düzdür qardaş Türkiyə Şimali Kipr Türk Respublikasını tanıyıb və orada səfirliyi fəaliyyət göstərir. Şimali Kipr tanınmasa da özünü bir dövlət kimi təsdiqləyib. Ancaq görünən odur ki, Türk dövlətləri qarşıda Şimali Kiprin müstəqilliyinin tanıdılması və əlaqələrin genişləndirilməsi yolunda önəmli addımlar ata bilər. Cənab Prezident İlham Əliyev bu günlərdə prinsipial açıqlama verdi. İlham Əliyevin Şimali Kipr Türk Respublikası ilə bağlı önəmli açıqlamalarından belə nəticəyə gəlmək olar ki, qarşıda rəsmi Bakı Lefkoşa ilə bağlı ciddi strateji addımlar atacaq. Azərbaycan həmişə Şimali Kiprlə əlaqələrin inkişafına xüsusi önəm verib. Müstəqilliyini tanımasa da, təhsil, iqtisadi və digər sahələrin inkişafını diqqətdə saxlayıb. Bu səbəbdən Azərbaycanın buradakı addımının digər qardaş Türk dövlətlərini hərəkətə gətirəcəyi qənaətindəyəm".
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol