Ruhani: "Beynəlxalq hüquq pozulur və..."
11:57 25.10.2019
Siyasət
390
İkiqütblü sistemin süqutundan sonra ABŞ birqütblü cəbhə yaratmağa çalışır. ABŞ media və digər güclərindən istifadə edərək dövlətlərə təzyiq edir. İnkişaf etməkdə olan dövlətlərin gücünün artması ABŞ-ın hegemonluğuna qarşı dirənişi nümayiş etdirir. ABŞ isə özünün hərbi gücünü artıraraq, dünyanın müxtəlif yerlərində münaqişələri təşviq edir. Təcavüzkarın səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, biz əlimizdən gələni etməliyik ki, ABŞ-ın hegemonluğunun qarşısını alaq.
Bunu İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Bakıda keçirilən Zirvə Görüşündə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın siyasəti on minlərlə ABŞ əsgərinin ölümünə və milyardlarla ABŞ dollarının sərf edilməsinə, bir çox problemlərin yaranmasına səbəb olub.
H.Ruhani hesab edir ki, ABŞ-a etibarın kəskin şəkildə azalması yeni liderlərin meydana gəlməsinə səbəb olub. O deyib ki, bununla da dövlətlər ABŞ əleyhinə çıxış etməyə başlayıb:
“Bu gün suverenliklər pozulur. Hərbi qütbləşmə, silah yarışı, regional qarşıdurmalar artmaqdadır. Bununla da beynəlxalq hüquq pozulur və müxtəlif ölkələrin daxili işlərinə qarışılır.
ABŞ məqsədlərinə nail olmaq üçün müxtəlif üsullara əl atır. Bu da kobud şəkildə özünü göstərir”.
Prezident əlavə edib ki, İran İslam Respublikası radikal qruplara qarşı BMT sessiyası zamanı bir sıra təkliflərlə çıxış edib.
“Bu gün biz regional münaqişələrin şahidi oluruq: Suriyada, Yəməndə, Fələstində, Əfqanıstanda. Biz zəmin yaratmalıyıq ki, sülh təşviq edilsin. Qonşu ölkələrin sülh və sabitliyi İranın sülh və sabitliyi ilə bağlıdır”.
İran Prezidenti bir sıra təkliflərlə də çıxış edib.
“ABŞ dollardan öz siyasi maraqları naminə istifadə edir. Bəzi dövlətlər sanksiya nəticəsində beynəlxalq bank əməliyyatları hüququndan məhrum edilib. Neqativ üsullara qarşı mübarizədə birgə səylər göstərə bilərik.
Biz alternativ və müxtəlif təşəbbüslər irəli sürə bilərik. Xüsusilə bank sistemi ilə bağlı. Kriptovalyutadan istifadə edə bilərik. Təhlükəsizlik və müstəqilliyə qarşı yönələn addımlardan biri də kibertexnologiyalar və sosial şəbəkələr vasitəsilə məkrli niyyətlərin həyata keçirilməsidir. Biz kibertəhlükəsizlik sahəsində xüsusi saziş də hazırlaya bilərik ki, bu cür təhdidlərə qarşı birgə mübarizə aparaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət