“Rusiya artıq Ermənistana sərt mövqe sərgiləyir” – Kritik vəziyyət
Turan
13:45 19.09.2019
Siyasət
994
“Paşinyan böyük siyasətdən və konfliktlərin idarə olunmasından xəbərsiz siyasətçidir”.
Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədrinin sözlərinə görə, hadisələrin axarı və ya hansısa güclərin siyasi oyunları ilə hakimiyyətə gəlmiş bu naşı siyasətçi danışdıqların və bəyanatların məsuliyyətini dərk etmir:
“Paşinyan daxili auditoriyaya və siyasi rəqabətə hesablanmış sərsəm bəyanatlar verir. Onun açıqlamaları Ermənistanı həm beynəlxalq arenada, həm regionda, həm də Azərbaycan qarşısında ağır siyasi vəziyyət qarşısında qoyur. Görün, vəziyyət hansı həddə çatıb ki, hətta, Rusiya belə artıq Ermənistana qarşı sərt mövqe sərgiləməyə başlayıb.
Bu birmənalıdır ki, Qarabağ Azərbaycanın ayırlmaz tərkib hissəsidir və bunun əksini iddia edənlərin əqli problemləri var. Sadəcə olaraq Azərbaycan tərəfi artıq işğal faktına dözməməli və qətiyyətli addımlar atmalıdır.
Biz heç bir beynəlxalq təşkilatdan və ya hansısa ölkədən Qarabağı tələb etməməliyik. Torpaqlarımızı hərbi güclə özümüz azad etməliyik. Bunun üçün heç kimdən nə razılıq almalı deyilik”.
T.Abbaslı müdafiə naziri Zakir Həsənovun səsləndirdiyi qətiyyətli və sərt bəyanatları dəstəklədiyini deyib:
“Müdafiə Nazirliyinin mövqeyi sərt və qətiyyətli olmalı, xarici işlər naziri kimi bəyanatlar səsləndirməməlidir. Azərbaycanın güclü və şanlı ordusu hər an öz torpaqlarını düşməndən təmizləməyə hazır olmalıdır. Mən Ermənistanın nə bu hakimiyyətinin, nə də bundan sonrakı hakimiyyətlərinin danışıqlarla torpaq qaytaracaqlarına qətiyyən inanmıram.
Eyni zamanda beynəlxalq aləmin də ədalətinə inamım yoxdur. Odur ki, ancaq və ancaq öz ordumuza və qəhrəman oğullarımıza güvənirəm. Himnimizdə də deyildiyi kimi vətən üçün hər an “Qan tökməyə və can verməyə cümlə hazır” olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat