
Rusiya Ermənistana qarşı ciddi addımlar atacaq - ŞƏRH
Yusif Nəzərli
12:34 16.10.2023
Siyasət
752
Ermənistanın varlığı uğrunda ölüm-qalım savaşı başlayır”.
Bunu erməni iranşünas, radikal milliyyətçi Vardan Voskanyan deyib.
“Xankəndidə Azərbaycan bayrağı asılsa da, bizim problemimiz hələ bitməyib. Çünki Ermənistan üçün əsas məsələnin Qarabağ olmadığını qeyd etmək lazımdır. Ermənistanın mövcudluğu uğrunda ölüm-qalım savaşı hələ qarşıdadır. Bunun üçün ilk növbədə problemi dərk etməliyik.Bizim üçün çıxış yolu qala dövlət qurmaqdır”, – Voskanyan bildirib.
Vordan Voskanyanın fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistan hazırda həqiqətən də çətin dövrdən keçir:

"Burada söhbət Ermənistanın təkcə Azərbaycana məğlub olmasından getmir. Nikol Paşinyan hakimiyyətinin sosial, iqtisadi vəziyyəti kifayət qədər ağırdır. İqtisadiyyatında hər il geriləmə baş verir. Eyni zamanda Ermənistanda siyasi sabitlik hələ də hökm sürmür. Hər gün müxalifçilər rəhbərliyə qarşı etiraz aksiyaları həyata keçirirlər. Bütün bunların baş verməsində ilk növbədə Ermənistanın özü günahkardır. Azərbaycana qarşı 30 il ərzində həyata keçirdiyi işğal siyasəti də bunun bariz nümunəsidir. İndi Azərbaycan Qarabağ məsələsini həll edərək, öz suverenliyini bərpa etdi. Artıq Ermənistanın qarşısında Azərbaycanın sülh əlini tutaraq, regionda sabitliyə və sülhə töhfə verməsi üçün imkanlar yaranıb. Amma Ermənistanın ölüm-qalım savaşında olmasının əsas səbəbi Rusiya ilə aralarında olan münasibətlərdəki problemlərdir.
Biz bilirik ki, Ermənistanın burada yaranmasının səbəbkarı Rusiya olub. 19-cu əsrdə Azərbaycan xanlıqları ilə Osmanlılar arasında bir forpost kimi Rusiya erməni vilayətini yaratdı. Şimal qonşumuz tarix boyu Ermənistanı dəstəkləyib. Müstəqillikdən bu günə qədər Birinci Qarabağ savaşında və ondan sonrakı dönəmdə hər zaman Ermənistan Rusiyanın siyasi, mənəvi, hərbi-texniki, iqtisadi dəstəyini görüb. Amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu, 180 dərəcə dəyişib. Paşinyanın hazırda Qərbə yönəlik siyasət yürütməsi və Rusiyanın forvaterində üzməkdən imtina etməsi Ermənistanı Rusiyanın qara siyahısına salıb. Hətta yaxınlarda Rusiya geosiyasətinin xaç atası Putin və rus siyasət uzmanı Aleksandr Dugin də qeyd etmişdir ki, Ermənistanın xarici siyasət arentasiyası onlar üçü ölüm və həyat məsələsidir. Əgər Ermənistan Qərb yolunu tutmağa dama etsə, artıq onu qarşıda ciddi sınaqlar gözləyəcək. Dugin dolayı yolla demək istəyirdi ki, Ermənistan ya əvvəlki kimi Rusiyanın marioneti olmalıdır, ya da artıq Şimal qonşumuz Nikol Paşinyan hakimiyyətinə qarşı müəyyən addımlar atacaq. Burada ilk ağıla gələn isə Paşinyana qarşı o çevriliş planıdır və Rusiyanın bu məsələyə marağı var. Həmçinin, Rusiyanın bunu Ermənistanda həyata keçirə biləcək 5-ci kolonu da var. Paşinyan bu cür siyasəti davam etdirərək, Qərb kimi qüvvələri Cənubi Qafqaza yeritməyə cəhd göstərsə, artıq Rusiya Ermənistana qarşı ciddi addımlar atacaq. Buna görə də, Ermənistan Rusiya ilə münasibətləri normallaşdırmaq yolunda işlər görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi
20:42 25.04.2026
Dünya
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
20:34 25.04.2026
Gündəm
Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY
20:04 25.04.2026
Gündəm
Tramp Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv etdi
19:58 25.04.2026
Dünya
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol