Rusiya XİN rəsmisi Bakıda sərt BƏYANAT VERDİ
14:49 25.10.2019
Siyasət
441
Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar öz qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir. Oxu.Az-ın xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, bu hərəkətlərinə haqq qazandırmaq üçün beynəlxalq birliyə özlərinin qaydalarına əsaslanan dünya düzəni konsepsiyası sırıyırlar.
“Bu cür qaydalar BMT-nin nizamnaməsini, beynəlxalq hüquq normalarını rədd edir, konfrontasiya və bloklar arasında qarşıdurma dövrünə yol açır. Gündəlik olaraq ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri pozulur.
Qoşulmama Hərəkatına üzv olan və öz sosial-iqtisadi inkişaf modelini seçməyə cəhd edən bir sıra ölkələr xaricdən olan aqressiv siyasətdən əziyyət çəkir. Dünya hələ də rəsmi Vaşinqton və onun tərəfdaşlarının İraqa, Suriyaya, Liviyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir”.
S.Verşinin bildirib ki, bu gün Venesuelada qanuni hakimiyyətin sarsıdılması və devrilməsinə dair açıq şəkildə yürüdülən siyasəti görmək mümkündür.
“Birləşmiş Ştatların Venesuelaya qarşı münasibəti Qoşulmama Hərəkatına üzv ölkələrin qətiyyətli qınağına layiqdir. Hərbi şantaj və sanksiyalar yolu daxil olmaqla, suveren ölkələrin hakimiyyətlərinin xaricdən dəyişdirilməsi cəhdləri tamamilə qəbuledilməzdir. Biz bunu BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq, Kubaya qarşı tətbiq olunduğunu görürük”.
XİN rəsmisi əlavə edib ki, Fələstin probleminə də toxunmamaq mümkün deyil.
“Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunda vəziyyətin yaxşılaşması üçün olduqca əhəmiyyətlidir. Bu münaqişənin nizamlanması prosesinin monopoliyaya alınması yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Bu gün BMT qətnamələri və “Ərəb sülh təşəbbüsü” əsasında danışıqlara dair beynəlxalq birliyin konsolidasiyasına ehtiyac var.
Rusiya Qoşulmama Hərəkatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq da daxil olmaqla, bu prosesə öz töhfəsini verməyə davam edəcək. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyindən çıxış edirik.
Avropa koloniya imperiyaları hələ də dəniz ərazilərini və adaları nəzarət altında saxlayır. Özlərini müstəqil ölkələrə qarşı yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropol kimi aparırlar.
Rusiya bu cür yanaşmaları rədd edir. Rusiya Qoşulmama Hərəkatına üzv olan ölkələrlə münasibətləri onların suverenliyinə hörmət və öz gələcəklərini özlərinin təyin edə biləcəyi prinsiplərinə əsasən qurur. Biz bundan sonra da beynəlxalq sabitlik, xalqlarımız və ölkələrimiz, dünya birliyinin maraqların naminə Qoşulmama Hərəkatına üzv ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət