“Rusiyanın Suriyadakı generaliteti taktiki səhvə yol verdi”- AKTUAL
Turan
11:00 03.03.2020
Siyasət
850
“Türkiyəyə təzyiq senarisinin tərəfdarları əslində digərini pis vəziyyətə saldılar”
“Bu, Putin və Ərdoğanın formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi. Hər iki lider indiki vəziyyəti istəmirdi. Deməli, daxildəki bəzi qüvvələr provokasiya edərək istəklərinə nail oldular”
“Qaçqınlara görə Türkiyəyə 6 milyardın heç yarısını da ödəmədilər. Qardaş ölkəni Suriyada senarisi cızılan xaotik vəziyyətlə üz-üzə qoydular və heç nə olmamış kimi davranmağa başladılar. Avropanın əxlaqı budur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, yüz il əvvəl də Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və İtaliya kimi ölkələr Türkiyə üzərindən müxtəlif oyunlar qurublar və bu gün də oyunu davam etdirirlər:
“İndi onlara Almaniya da əlavə olunub. Türkiyədə “kanal İstanbul”un çəkilişi, Suriyadakı sabitlik bir çoxlarının maraqları ilə uzlaşmır. Onlara Rusiya və Türkiyə arasında münasibətlərin soyuması lazım idi, bunu da bacardılar. Əminəm ki, Rusiyanın Suriyadakı generaliteti ciddi taktiki xətaya, səhv gedişə yol verdi. Türkiyəyə təzyiq senarisinin tərəfdarları əslində digərini pis vəziyyətə saldılar. Bu, Putin və Ərdoğanın formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi. Hər iki lider indiki vəziyyəti istəmirdi. Deməli, daxildəki bəzi qüvvələr provokasiya edərək istəklərinə nail oldular”.
Analitik bəyan edib ki, Rusiyadakı güc strukturlarından başqa, oradakı müəyyən çevrələrə xidmət edən qüvvələr də bu oyundadır:
“Simonyan və Baqsadarov faktiki olaraq eyni anda Hatayın və ətraf ərazilərin Suriyadan qopardılaraq Türkiyəyə verildiyini bəyan etdilər. Bu 1920-ci, 1980-ci illərdəki eyni informasiya hücumudur. Yeri gəlmişkən, Rusiyadakı həmyerlilərimiz, strateji araşdırma mərkəzlərimiz və onlara yaxın qüvvələr RT- dən Simonyanın getməsi üçün ciddi işləməlidirlər.
“Facebook”dakı “Russia Today” səhifəsindən görünür ki, siravi vətəndaşlar Simonyanların, Solovyovların simalarından beziblər. Lakin, görünən odur kı, Moskvada “gen” gəzən bizim oliqarxlar üçün başqa işlər prioritetdir. Son zamanlar Ermənistan tərəfindən idarə edilməyən ermənilərin Azərbaycan sərhədçilərinə qarşı da provokasiyaları təsadüfi deyil. Biriləri Kremlin cənuba doğru irəliləməsini istəyir.
Azərbaycan diasporasının, ekspertlərinin çiyinlərinə böyük yük düşür. Ayrı-ayrı ölkələrdə erməni gizli qruplarını ifşa etməliyik. Bakı Politoloqlar Klubu olaraq hər zaman bu mübarizəni davam etdiririk. Lakin, bu işlər koordinasiyalı şəkildə aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq